Accessibility links

İlinoysda azərbaycanlını qətlə yetirən şəxsə qarşı rəsmi ittihamlar irəli sürülüb


Teymur Huseynli
Teymur Huseynli

Teymur Hüseynlini qətlə yetirən Cozef Spitalli məhkəmə qarşısına çıxarılıb

İllinoys ştatının DüPeyc dairəsinin baş ittihamçısı 31 yaşlı Teymur Hüseynlini qətlə yetirən Cozef Spitalliyə qarşı rəsmi olaraq qətl ittihamı irəli sürüldüyünü bildirib. Bu haqda Deriyen şəhər polis idarəsinin inzibati şöbəsinin müdiri Karol Koptanın Amerikanın səsinə göndərdiyi açıqlamada bildirilir. Amerikanın səsi Teymur Hüseynlinin qətli ilə bağlı məlumat almaq üçün DüPeyc dairəsinin serifinin ofisi və Deriyen polis idarəsi ilə əlaqə saxlayıb.

DüPeyc dairəsinin baş ittihamçısı Robert B.Berlin 34 yaşlı Cozef Spitalliyə qarşı qətl ittihamının rəsmi olaraq bazar ertəsi günü elan edildiyini bildirir.

Açıqlamada deyilir ki, noyabrın 16-da gecə 12:25 radərilərində Deriyan polis idarəsinə Vilvud dairəsindən telefon zəngi daxil olub. Hadisə yerinə yetişən polis Teymur Hüseynlinin aldığı bışaq yarası nəticəsində öldüyünü aşkar edib. Deriyen Polis Departamentinin apardığı təhqiqat nəticəsində Spitallinin Teymur Hüseynlini bilərəkdən qətlə yetirdiyi və onun sevdiyi qızın bıçaqla hədələyərək qaçırdığını müəyyən edib.

Bir neçə saatdan sonra Spitalli qətl və adam oğurluğu ittihamları əsasında həbs edilib. Bazar ertəsi səhər DuPeyc şəhər məhkəməsi qarşısına çıxaralan Cozef Spitalliyə qarşı rəsmən ittihamlar irəli sürülüb.

Baş ittihamçı Robert B.Berlin Deriyen şəhər Polis Departamenti və DüPeyc şerifinin ofisinə təşəkkürünü bildirərək, onların yüksək professionallığına yüksək qiymət verdiyini deyib. “Spitallinin daha başqa bir adama zərər yetirməsinə qədər saxlandığına görə sizə təşəkkür edirəm,” deyə baş ittihamçı bildirib.

Hələlik Teymur Hüseynlinin qətlinin detalları ilə bağlı heç bir açıqlama verilmir. Qətl hadisəsinin motivləri aydın deyil.

Teymur Hüseynlinin dostları onun xatirəsinə YouTube səhifəsində video yerləşdiriblər.


XS
SM
MD
LG