Accessibility links

Texnologiya şirkətləri Rusiyanın ABŞ seçkisinə müdaxiləsi ilə bağlı istintaqa yardım edir [Video]


Texnologiya şirkətləri Rusiyanın ABŞ seçkisinə müdaxiləsi ilə bağlı istintaqa yardım edir
please wait

No media source currently available

0:00 0:02:39 0:00

Facebook, Google və Twitter Rusiyadaki əməliyyatçıların onların xidmətlərindən istifadə edərək 2016-ci ildə keçirilən ABŞ prezident seçkilərinə müdaxilə etməsinə dair sualları cavablandırmaq üçün Vaşinqtona yola düşür.

Facebook və digər texnologiya şirkətləri Rusiya agentlərinə 2016-ci ildə keçirilən ABŞ prezident seçkilərinə təsir göstərməyə yardım etməkdə rol oynadıqları üçün ətraflı araşdırmalarla üzləşirlər.

İnternet demokratiyaya xüsusi çətinliklər törədir. Əvvəl hər kəs interneti bərabərləşdirici qüvvə olaraq görürdü, yəni, bir sözlə, internet səssizlərə səs veridi. Biz isə anladıq ki, kiməsə istədiyi qədər insanla istədiyi zaman danışmasına imkan yaradanda, bəzi qeyri-demokratik çıxışları olan insanlara da imkan yaratmış oluruq.
Neyt Persili

“Facebook boynuna aldığından daha çox məsuliyyət daşıyır. Ola bilsin ki, onlar baş verən propaqanda müharibəsinin tam miqyasını dərk etməyib. Amma onlar seçki prosesini dəyişən iştirakçı olduqlarını bilirdi”, deyə Berkli universitetindən An Ravel bildirir.

An Ravel Federal Seçki Komissiyasının keçmiş üzvüdür.

“Ən əsas şəffalıq olmalıdır”, o deyir.

Konqres liderləri habelə bir çox amerikalı Google, Facebook və Twitterin seçkiyə təsir göstərmək istəyən xaricilər tərəfindən necə istifadə edildiyi baradə daha çox məlumat əldə etmək istəyir.

“Hər kəsin sosial mediaya çıxışı var. Siyasi məsələlərə gəldikdə, məncə sosial media polemikaların yaranmasına və ya uğursuzluğa gətirib çıxaran bir platformadır”, An Ravel söyləyir.

“Məncə Facebook cavabdehdir, çünki əgər bizim demokratiyamıza təsir göstərən nəyinsə olduğunu bilirsinizsə, həmin şeyin saxta olduğuna inanırsınızsa, bunun qarşısını almalısınız. Bu bizim demokratiyamızdır”, deyə San Fransisko sakini bildirir.

“Məncə onlar insanların demokratik bir şəkildə özlərini ifadə etmək hüquqlarını pozmadan bəzi sanksiyalarla üzləşməlidirlər. Əgər onlar bu prosesdə rol alıblarsa, onlar da günahkardır”, bir digər San Fransisko sakini söyləyir.

“İnternet demokratiyaya xüsusi çətinliklər törədir. Əvvəl hər kəs interneti bərabərləşdirici qüvvə olaraq görürdü, yəni, bir sözlə, internet səssizlərə səs veridi. Biz isə anladıq ki, kiməsə istədiyi qədər insanla istədiyi zaman danışmasına imkan yaradanda, bəzi qeyri-demokratik çıxışları olan insanlara da imkan yaratmış oluruq”, deyə Stanford universitetindən Neyt Persili bildirir.

Facebook və Twitter
Facebook və Twitter

Konqresdə irəli sürülən bir təklif onlayn şirkətlərdən siyasi reklamı kimin maliyyələşdirdiyini açıqlamalarını tələb edə bilər.

“Söz azadlığına nəzarətə gəldikdə, hər zaman həddi aşmaq riski var. Yəni konkret bir problemə cavab olaraq, platformalar özləri, Konqres və ya hər hansı hökümət qərar qəbul edəndə, siyasi spektr boyu söz azadlığını məhdudlaşdıra bilər”, Persili söyləyir.

Silikon Vadisi şirkətləri bildirir ki, onlar Konqres və hökümətin apardığı istintaqlara yardım edir. Lakin onlar həm də Vaşinqtonda yeni qaydaların onların bizneslərinə ziyan vurmamasını təmin etmək üçün lobbiçilik edir.

XS
SM
MD
LG