Accessibility links

Beyinlə idarə olunan maşınlar


Beyinlə idarə olunan maşınlar
please wait

No media source currently available

0:00 0:02:22 0:00

Fikirlərinizi birbaşa bir maşına ötürə bilən bir cihazın olduğunu düşünün. Tədqiqatçılar və şirkətlər belə bir texnologiya üzərində işləyir və beyninizdəki siqnalları oxuya biləcək cihazlar hazırlayır. Belə şirkətlərdən biri- Harvard İnnovasiya Laboratoriyası insan ağlı ilə maşınlar arasında inteqrasiya üzərində işləyir.

Bu uzaqdan idarə olunan yarış avtomobilləri barmaqlarla deyil, ağılla idarə olunur. Bu yarışın qalibi Horhe Recinosdur. "Sadəcə diqqəti avtomobilimə yetirirəm və həqiqətən çox gözəl işdir."

Başqa bir yarışda o, gözlərini yumaraq qalib gəlmişdi. Əsas iş başa taxılan `BrainCo`nun hazırladığı cihaz tərəfindən aparılır. Cihaz istifadəçinin beyninin fəaliyyətini hidrojel materialından hazırlanmış xüsusi sensorlardan istifadə edərək oxuyur.

`BrainCo`-dan Maks Nyulonun dediyinə görə, bu, istifadəçinin diqqətini daha yaxşı yönəltməsinə və ya istirahət etməsinə yardım məqsədi ilə qiymətləndirmə qabiliyyətini ölçür. "Diqqətinizi həqiqətən bir yerə cəmləşdirirsinizsə beyninizin fəaliyyəti müəyyən bir şəkildə olur. Həqiqətən sakit və rahat olsanız, təsəvvür edə bilərsiniz ki, beyninizin fəaliyyəti bir az fərqli görünür. Beləliklə, bu fərqləri ən rahatlaşmış vəziyyət olaraq 0 və beynin ən aktiv vəziyyəti kimi götürülən 100-ə qədər miqyasda ölçürük."

Bu cihaz elektrik siqnalları da əzələlərin vasitəsilə hiss etdirə və interpretasiya edə bilər. Sensor prosessor Minçenq Niyə barmaqlarını ağlı ilə hərəkət etdirməsinə imkan verir. "Mən ona baxıram və hər barmağım hərəkət etməyə başlayır. Bu inanılmazdır, təsəvvür etmək çətindir."

Nyulon bu tip beyin interfeys texnologiyasının gələcəkdə insanların maşınlarla qarşılıqlı əlaqəsini göstərdiyini deyir. "On illər əvvəl texnologiya tam başqa idi və biz bunu əllərimizlə idarə edirdik. İşığı yandırmaq üçün düymə haqqında düşünün. Sonra isə iPhone və sensor ekranı yarandı, doğrudur? İnsanlar və texnologiya arasında inteqrasiya daha da yüngülləşir. İndi hamımız səsdən istifadə edirik. Növbəti addım nə olacaq? Növbəti addım birbaşa beynimizdən xarici dünyaya göndərdiyimiz istəklər olacaq."

Bu da gələcəyə aparan texnologiyadır.

XS
SM
MD
LG