Texasın şərqində yerləşən kimyəvi zavodda partlayış baş verib. Rəsmilərin verdiyi məlumata görə, partlayış çərşənbə günü gecə saat 1-də Luiziana ştatı ilə sərhəd Port-Neçedə yerləşən zavodda baş verib.
TPC Group-un rəsmi veb səhifəsində zavodun dünya boyu kimyəvi və neft şirkətləri üçün müxtəlif növ məhsul istehsal edir. Veb səhifədə həmçinin şirkətdə 220-dən çox işçinin çalışdığı deyilir.
Partlayış nəticəsində zavodun üç işçisi yaralanıb.
Zavodun yaxınlığında olan binalara güclü ziyan dəyib. Yerli polis qapı-qapı gəzərək sakinlərin xəsarət alıb-almamasını yoxlayıb.
Nederland Könüllü Yanğınsöndürənlər dəstəsi öz Facebook səhifəsində yazıb ki, zavodun yarım mil civarında yaşayanlar məcburi təxliyə olunmalıdır.
Onlar evakuasiyanın daha böyük əraziyə genişlənə biləcəyini bildirib.