ABŞ-ın Texas ştatında Fort-Hud hərbi bazası yaxınlığında ABŞ ordusuna məxsus yük maşınını sel aparması nəticəsində itkin düşən daha 4 hərbi qulluqçunun meyiti aşkarlanıb.
Bununla da Texas ştatında daşqın qurbanlarının sayı 16 nəfərə çatıb. Bundan əvvəl 5 hərbçinin öldüyü, 3-ün itkin düşdüyü bildirilirdi.
Fort-Hud hərbi bazası yaxınlığında ABŞ Silahlı Qüvvələrinə məxsus yük maşınını sel aparıb.
Son günlər ərzində fasiləsiz yağan yağışlar ABŞ-ın mərkəzi bölgəsində ciddi fəsadlar törədib. Daşqınlar nəticəsində Kanzas və Oklahoma ştatların müxtəlif bölgələri elektrik enerjisiz qalıb. Texas ştatının bir sıra yaşayış məntəqələrində daşqınlara görə evakuasiya elan olunub.