Accessibility links

Tesla yeni modelini təqdim edib


Tesla şirkəti Amerikanın əsas avtomobil istehsalçılarının ərazilərinə uğurla daxil olur. Şirkət tarixində ilk dəfə pikap avtomobilini təqdim edib. Bu ABŞ-da çox məşhur olan bir avtomobil növüdür. Elon Maskın şirkətinin yaradıcılığına uyğun olaraq bu avtomobil də elektriklidir.

Futuristik görünüşə malik "Tesla Cybertruck" üç variantda istehsal olunacaq və bir yükləmə ilə dörd ilə səkkiz yüz kilometrə qədər məsafəni qət etmək imkanı verəcək. Modellər həm də quraşdırılmış mühərriklərin sayına görə də fərqlənəcək. Onlardan ən ucuzu təxminən $40 min dollara, ən inkişaf etmişi isə $70 min dollara başa gələcək. Üç saniyədən az bir müddətdə yüz kilometrə qədər sürət yığa biləcək avtomobilin daşıma qabiliyyəti yarım tondan çoxdur.

Tesla minik avtomobilləri kimi "Cybertruck" avtopilot və avtomatik parketmə sistemi ilə təchiz edilib. Elon Maskın sözlərinə görə, bu avtomobil güclü polad korpus və tapança gülləsini dayandıran zirehli şüşə səbəbiylə sərnişinləri maksimum qoruyacaq. Elektrik pikapı sifarışı rəsmi saytdan artıq mümkün olsa da, avtomobillərin istehsalına 2021-ci ildən tez başlanılmayacaq.

XS
SM
MD
LG