Accessibility links

ATV-nin əməkdaşı cəbhədə xəsarət alıb


Aprelin 26-sı gecə cəbhə bölgəsində çəkiliş apararkən bir jurnalistin xəsarət aldığı bildirilir.

AZƏRTAC-ın xəbərinə görə, Ermənistan silahlı bölmələrinin atdığı mərmilərdən biri çəkiliş aparan ATV-nin Qarabağ bürosunun əməkdaşlarının yanına düşüb. Mərminin qopardığı qaya parçası operator Vicay Vəliyevin ayağını yaralayıb. Büronun avtomobilini isə çətinliklə olsa da, atəş altından çıxarmaq mümkün olub.

Müdafiə Nazirliyi bildirir ki, Tərtər rayonunun atəşə tutulması nəticəsində 20 yaşayış evinə ziyan dəyib. Ölən və yaralanan yoxdur.

XS
SM
MD
LG