Belçika prokurorları bu gün bildirib ki, noyabrda baş vermiş Paris hücumları ilə əlaqli terror şəbəkəsi Fransada ikinci hücum da həyata keçirməyi planlaşdırsa da, sonrada qərarı dəyişərək Brüsseldə hücum həyata keçiriblər.
Brüsseldə hava limanına və metro dayanacağına hücum zamanı 32 nəfər həlak olub və bu hücum 4 aylıq axtarışdan sonra Paris hücumlarının şübhəlisi Salah Abdeslamın şəhərin Molenbeek ərazisində ələ keçirilməsindən bir neçə gün sonra həyata keçirib.
Prokurorlar bildirib ki, şəbəkə istintaqın sürətində təəccüblənərək, təcili plan dəyişib və hücumu Brüsseldə həyata keçirib.
22 mart hücumlarından sonra Abdeslamın həbsinin şəbəkələni hərəkətə gətirəcəyi ilə bağlı şayiələr yayılmağa başlamışdı.