Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda terror hadisələri həyata keçirmək istəyən və casusluqda ittiham olunan İran vətəndaşı Feyzi Bəhrəm Həsən oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
APA agentliyinin məlumatına görə, Feyzi Bəhrəm Həsən oğlu Cinayət Məcəlləsinin 214-ci (terrorçuluq), 206-cı (qaçaqmalçılıq), 276-cı (casusluq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddələri ilə ittiham edilir.
Feyzi Bəhrəmin nə vaxt həbs edildiyi, harada və kimə qarşı terrorçuluq etdiyi, hansı dövlətin xeyrinə casusluq etməsi barədə məlumat verilmir.