Accessibility links

"Türkiyə terror təhlükəsi altındadır"


Təhlilçi rəyləri

Son bir neçə həftə ərzində İslam Dövlətinin kamikadze hücumları Türkiyəni cihadçılara qarşı birgə əməliyyatlara qoşulmağa vadar edib.

Surucda həyata keçirilən hücumlar rəsmilər tərəfindən mükəmməl və yaxşı planlaşdırılmış hücumlar kimi qiymətləndirilib. Türkiyə polisinin bildirdiyinə görə, hücumçu qrupun sıralarına qoşulan türk vətəndaşı olub.

Türkiyə hazırda ciddi terror təhlükəsi altındadır

Al Monitor veb səhifəsinin köşə yazarı Kadri Gurselin dediyinə görə, cihadçıları ciddi qəbul etməməsi Türkiyəyə baha başa gəlib.

"Türkiyə cihadçıların əsas martşrutuna çevrilib. Cihadçıların fəaliyyəti və şəbəkələrinə, İŞİD-in insanları sıralarına cəlb etməsinə məhəl qoyulmayıb. Bunun nəticəsi olaraq Türkiyə hazırda ciddi terror təhlükəsi altındadır."

Ötən həftə Suruc hücumları ilə bağlı Türkiyə parlamentində keçirilən debatlar zamanı müxalif partiyalar hakim Ədalət və İnkişaf Partiyasını (AKP) Əsəd hökumətini devirmək üçün cihadçılardan istifadə etməkdə günahlandırıb.

AKP isə bu iddiaları rədd edib.

Karnegi İnstitutundan alim Sinana Ülgenin dediyinə görə, İŞİD-in təhlükəsi hətta Türkiyə siyasətinə sirayət edib.

"Ölkə daxilində zamanla şəbəkə quran İŞİD-in Türkiyə və onun maraqlarının qisasını alacağını düşünən Türkiyə məhz buna görə ehtiyatla hərəkət edirdi."

Tənqidçilərin fikrincə, İslam Dövlətinə qarşı ehtiyatlı davranış qrupun nəzarət altına alınan mühüm fiqurlarının sərbəst buraxılmasına yol açıb.

Suruc hücumlarından sonra hökumət İŞİD-ə qarşı mübarizəyə qalxacağına vəd verib. Lakin Kadri Gurselin dediyinə görə, hökumətin işi asan olmayacaq.

İŞİD-in təhlükəsi hətta Türkiyə siyasətinə sirayət edib

"İslam Dövləti yüzlərlə türk cihadçını sıralarına cəlb edib. İŞİD Türkiyə daxilində müharibə aparır. Böyük şəhərlərdə terror aksiyaları həyata keçirilsə, bu, Türkiyə iqtisadiyyatı və sabitliyi üçün fəlakət olacaq."

Türkiyənin turistləri cəlb edən böyük qərb şəhərləri hədəf alına bilər. Lakin ölkənin təhlükəsizlik qüvvələrinin hazır vəziyyətə gətirilməsi ilə terror aksiyalarına yol verilməyəcəyi deyilir.

XS
SM
MD
LG