Accessibility links

Terror hücumlarına görə qisas kampaniyasına başlamış amerikalı edam olundu


Terror hücumlarına görə qisas kampaniyasına başlamış amerikalı edam olundu
Terror hücumlarına görə qisas kampaniyasına başlamış amerikalı edam olundu

2001-ci il terror hücumlarının ardınca qisas kampaniyasına başladığını deyən ABŞ vətəndaşı edam olunub. Məhkəmələr hücum qurbanlarından birinin müraciətini rədd edərək Mark Stromanın edam cəzasını qüvvədə saxlayıblar.

Stroman cənubi Texas ştatında dünən gecə zəhərli inyeksiya vasitəsilə edam edilib. O, 2001-ci ilin oktyabrında 49 yaşlı Hindistan mənşəli dükan satıcısını öldürməkdə günahlandırılır. O, həmçinin ayrı hücumda 46 yaşlı pakistanlını qətlə yetirməkdə günahkar bilinib.

Özünü ağ irqçi kimi təsvir edən Mark Stroman ərəb mənşəli adamları hədəf aldığını deyirdi.

Sifətindən güllə yarası alması nəticəsində bir gözü kor olmuş Rais Bhuiyan qatilin edam olunmasına qarşı çıxaraq müsəlman etiqadının bağışlanmaya çağırdığını əsas gətirmişdi.

XS
SM
MD
LG