Wikileaks saytı ilə bağlı Azərbaycan rəsmiləri ilə görüşümüz olub, narahatlığımızı bildirmişik. Amerika üçün Azərbaycan çox vacib bir tərəfdaşdır. Ölkələrimiz arasında güclü strateji tərəfdaşlıq var. Bütün sahələrdə, təhlükəsizlik, iqtisadi, demokratik institutların inkişafı sahəsində əməkdaşlığımız var”. Bu barədə Amerikanın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson jurnalistlərlə söhbətində bildirib.
Cənab Devidson hesab edir ki, Wikileaks saytında məlumatların dərc edilməsi diplomatik əlaqələrin qurulmasında müəyyən maneçilik törədir və diplomatların işini çətinləşdirir.