Bakıda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Təşkilatının təşəbbüsü ilə təhsildə problemlər mövzusunda dinləmə keçirilib.
Çıxışların əsas motivi hökumətin təhsil siyasətinin yarıtmaz olması, son testlərdə keçid ballarının 150-yə endirilməsi, büdcədə təhsil və elm xərclərinin azlığı, müəllimlərin və elmi işçilərin əmək haqqının çox aşağı olması olub. Dinləmələrdə iştirak edən ekspertlər və çoxsaylı gənclər təşkilatı hökumətdən təhsil siyasəti ilə bağlı hesabat tələb etməyin vaxtının çatdığını önə çəkib.
“Hökumət ölkədə savadsızlar ordusu yaradır. Son imtahanlar zamanı 1-ci qrup üzrə keçid ballarının 150-yə endirilməsi gənc nəslin savadsızlığa sürüklənməsidir”, - deyə AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı bildirib.
İqtisadçı ekspert Məhəmməd Talıblı Amerikanın Səsi radiosuna müsahibəsində ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsini vacib sayır. “Azərbaycan hökuməti keyfiyyət deyəndə nə qədər məktəb tikildiyini, nə qədər kompüter alındığını, nə qədər çox dərslik çap olunduğunu başa düşür. Doğrudur, kəmiyyət dəyişikliyi baş verib, amma keyfiyyət dəyişikliyi də lazımdır”, - deyə o qeyd edib.
Ekspert büdcədən təhsilə ayırmaların çox az olduğunu deyib. “Dövlət büdcəsinin 1,5 milyard manatı (9,3 faizi) təhsilə sərf edilir, bu da, ÜDM-in 3,5 faizi deməkdir. Elmə ayrılan xərclər isə ÜDM-in 1 faizi belə deyil. Beynəlxalq təcrübədə hansısa ölkədə təhsil xərcləri ÜDM-in 7 faizinə, elmə ayrılan xərclər isə 2 faizinə enirsə, bu, artıq ciddi uğursuzluğun göstəricisidir. Ən maraqlısı büdcədən təhsilə ayrılan vəsaitin cəmi 92 faizinin, elmə ayrılan vəsaitin isə 93 faizinin xərclənməsidir. Hansı ki, investisiya xərcləri 99,8 faiz yerinə yetirilib”, - deyə M.Talıblı xatırladıb.
Ekspertlər son illərdə universitetlərin təhsil haqqını 4-5 dəfə artırdığını, əmək haqlarının isə artımının iki dəfə belə olmadığını diqqətə çatdırıb. Ölkədə orta əmək haqqı 360 manat olduğu halda təhsil haqlarının 1500-4800 manat olması anormaldır.
“Müəllimlər işləyən kasıblardır. Orta məktəb müəllimlərinin orta aylıq əmək haqqı 128-188 manat, ali məktəb müəllimlərinin əmək haqqı 175-350 manatdır. Yaşayış minimumu isə 168 manat ölçülür”, - deyə iqtisadçı ekspert xatırladıb.
Ekspertlər hesab edir ki, ölkədə təhsil siyasəti bütövlükdə dəyişməlidir. “Planlaşdırma sistemi bütövlükdə ləğv edilməlidir. Təhsil siyasətini əmək bazarı müəyyənləşdirməlidir. Təhsildə bal və say meyarı keyfiyyət meyarı ilə əvəz olunmalıdır. Təhsil sistemi siyasi olmamalıdır. Hazırda məktəblərdə ən çox əmək haqqı alanlar seçkiləri saxtalaşdıranlardır. Məktəb direktorları və universitet rektorları seçilməlidir. Kredit sistemi və Boloniya sistemi Avropa qaydalarına uyğunlaşdırılmalıdır”, - deyə ekspert Eldar Hüseynov qeyd edib.
Ekspertlər xaricdə təhsil məsələlərinə də toxunub. Azərbaycan Neft Fondunun 35 milyon vəsaiti hesabına 2008-ci ildən başlayaraq 1028 tələbə xarici universitetlərdə oxuyub. Amma Azərbaycanda təhsil sistemi ciddi islahata məruz qalarsa, ali məktəblər xaricdən tələbə cəlb edə bilər və dövlət büdcəsinin formalaşmasında təhsildən gələn gəlirlər mühüm rol oynaya bilər. “Hazırda yalnız Ukrayna ali məktəblərində 10 min azərbaycanlı təhsil alır. Hər bir tələbə orta hesabla ildə 15 min dollar vəsait ödəyir. Bununla yanaşı, tələbələrin digər xərclərini də hesablayanda Ukraynaya ildə 30 milyon dollardan çox gəlir veririk”, - deyə ekspert Nabatəli Qulamoğlu xatırladıb.
Çıxışlarda ölkədə azad tələbə kontingentinin formalaşmasının qarşısının siyasi hakimiyyət tərəfindən alındığı önə çəkilib. Azad tələbə kontingenti olmayan ölkələrdə isə demokratik azadlıqlar olmur. “Bir vaxtlar Azərbaycanın ədliyyə nazirinin dediyi kimi, demokratiya beşiyindəcə boğulur”, - deyə Seçkilərin Monitorinqi və Demokratiyanın tədrisi Mərkəzinin əməkdaşı Bəşir Süleymanlı bildirib.
Dinləmələrdə həmçinin rayon təhsil şöbələrinin rəhbərlərinin, təhsil müəssisələrinin rəhbərlərinin icra orqanları tərəfindən təyin edilməsi pislənib.
Avqustun 7-də İctimai Palata da təhsil sahəsindəki problemlərlə bağlı dinləmələr keçirəcək.