Accessibility links

Tehranın əsas küçə və meydanları hökumət qüvvələrinin nəzarətinə götürülüb


Tehranın əsas küçə və meydanları hökumət qüvvələrinin nəzarətinə götürülüb
Tehranın əsas küçə və meydanları hökumət qüvvələrinin nəzarətinə götürülüb

Səssiz yürüş küçirən müxalifət tərəfdarlarının saxlandığı deyilir.

Fevralın 14-də Tehranın əsas küçə və meydanları güclü polis nəzarətinə götürülüb. Hökumət qüvvələrinin paytaxt küçələrinə nəzarəti gücləndirməsi İrandakı “yaşıl hərəkat” tərəfdarlarının müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin həbsinin ildönümündə səssiz yürüşə dəvəti ilə əlaqələndirilir.

“Media forum” saytının məlumatına görə, fevralın 14-ü sübh saatlarından paytaxtın əsas küçə və meydanları motosiklet sürən özəl polis qüvvələri, “Sepah” və ETTELAAT-ın mülki geyimli qüvvələrinin nəzarətinə götürülüb.

Səssiz yürüşə çıxanlarla hökumət qüvvələri arasında qarşıdurmanın olub-olmadığı haqda məlumat yayılmasa da, bəzi məhəllələrdə aksiya iştirakçılarının saxlanaraq dindirildiyi və ya tutulub bilinməz istiqamətə aparıldığı bildirilir.

XS
SM
MD
LG