Accessibility links

İranlı fəallar Pan Gi Muna müraciət edib


Ban Gi Mun: Hər yerdə insanlar öz hüquq və azadlıqlarının müdafiəsinə qalxır
Ban Gi Mun: Hər yerdə insanlar öz hüquq və azadlıqlarının müdafiəsinə qalxır

Fəallar BMT baş katibindən Tehran səfəri zaman siyasi məhbuslar, o cümlədən müxalifət lideri Mirhüseyn Musəvi ilə görüşməsini xahiş edir

419 jurnalist, siyasi fəal və universitet müəllimi BMT-nin baş katibi Pan Gi Muna birgə açıq məktub yazaraq Tehran səfərində siyasi məhbuslar, o sıradan da Mirhüseyn Musəvi ilə görüşməsini xahiş edib.
Pan Gi Munun yaxın günlərdə Tehranda keçirilən Qoşulmayanlar Hərəkatının 16-cı sammitinə qatılmaq üçün Tehrana səfəri gözlənir. Avqustun 26-da başlanan sammit 6 gün davam edəcək.
“Media forum” saytının məlumatına görə, məktubda deyilir: “Sizin Qoşulmayanlar Hərəkatının sammitinə qatılmaq üçün Tehrana səfəriniz İranda insan hüquqlarının acınacaqlı durumunu yaxından dəyərləndirmək üçün yaxşı bir fürsətdir. Bu səfər əsnasında İrandakı “yaşıl hərəkat”ın il yarımdan çoxdur ev dustaqlığında saxlanan, son günlər ürəyindən əməliyyat olunan rəhbəri Mirhüseyn Musəvi, müxalifətin digər məhbus rəhbəri Mehdi Kərrubi və digər əqidə məhbusları ilə görüşməyə cəhd göstərməyiniz böyük əhəmiyyət daşıyır. BMT-nin hədəflərinə uyğun belə bir insani addım atmanız, Tehranın Evin zindanından görüş keçirərək burada saxlanan ayrı-ayrı əqidə məhbusları ilə yaxından tanış olmağınız İranda insan hüquqlarına riayət olunması işinə yardım edə bilər”.
XS
SM
MD
LG