Accessibility links

Təbrizdə su kəsintiləri pandemiya ilə bağlı vəziyyəti çətinləşdirir


Təbrizdə bir aydan artıqdır davam edən su kəsintiləri pandemiya dönəmində həyati önəm daşıyan şəxsi gigiyena qaydalarına əməl etməyi çətinləşdirir.

Təbrizdə fəaliyyət göstərən “Anaj” xəbər agentliyinə istinadən, bir aydan artıqdır ki, Təbrizin müxtəlif məhəllələrində su müəyyən fasilələrlə verilməkdədir.

“Təbriz əhalisinin böyük bir bölümü su kəsintiləri və su qıtlığı ilə qarşı-qarşıyadır. Hazırda vətəndaşların ən əsas narazılıq və problemlərindən biri su qıtlığıdır,” Anaj bildirib.

Şərqi Azərbaycan vilayəti Su və Kanalizasiya Şirkətinin sədri Əlirza İmanlının sözlərinə görə, mövcud içməli su mənbələri artıq Təbrizin ehtiyaclarını qarşılamır.

“Keçən 7 il ərzində su istehlakı xeyli artsa da mənbələrin həcmində mütənasib artım olmayıb,” İmanlı söyləyib.

Su təzyiqinin aşağı olması səbəbilə yüksək ərazilərdə yerləşən evlərdə problemin daha ciddi şəkildə hiss olunduğu bildirilir.

İLNA xəbər agentliyi Təbrizin su probleminin yaxın gələcəkdə çözülməyəcəyini bildirib. Agentliyin yayımladığı reportajda vəziyyətin davam etməsinin faciəvi nəticələr doğura biləcəyinə diqqət çəkilib.

“Təbriz ağır pandemiya şəraitində bir də su kəsintiləri ilə qarşı-qarşıyadır. Bu problem, əhalinin sadəcə bir faizinin belə sağlamlıq qaydalarına əməl etməsinə mane olsa, bir koronavirus facisinə yol aça bilər,” İLNA-nın reportajında qeyd edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG