Accessibility links

Təbriz Universitetinin rektoru: Türk dili bölümü geniş rəğbətlə qarşılanıb


Təbriz Universiteti
Təbriz Universiteti

Rektor Azərbaycan küçələrinin qarşıdurma mərkəzinə çevrilməyəcəyinə ümid etdiyini deyib

Təbriz Universitetinin rektoru Məhəmməd Rza Purməhəmmədi yeni açılmış Türk Dili və Ədəbiyyatı bölümünün tələbələr tərəfindən geniş rəğbətlə qarşılandığını bildirib.

İran xəbər agentliklərinə istinadən, rektor Təbriz Universitetinin məsulları və İran İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) komandirləri arasında keçirilən toplantıda bu mövzu haqda danışıb.

Purməhəmmədi habelə deyib: “Ümidvaram ki, Azərbaycana dair məsələlər akademik yollarla çözülər, küçələr qarşıdurma mərkəzinə çevrilməz.”

Keçən həftələrdə də Türk Dili və Ədəbiyatı bölümünün başqanı Əhməd Fərşbafiyan bölümdə həyata keçiriləcək tədris üsulu ilə əlaqədar mətbuata məlumat vermişdi.

Təbriz Universitetinin rektoru, Məhəmməd Rza Purməhəmmədi
Təbriz Universitetinin rektoru, Məhəmməd Rza Purməhəmmədi

Fərşbafiyan Azərbaycan əhalisinin kimliyinin “İslamiyyət, İran milliyyəti və Azəri etnikindən” təşkil olunduğunu ifadə edərək, Türk dili bölümündə “milli əlifba və Təbriz ləhcəsi” əsasında tədris aparılacağını bildirib.

XS
SM
MD
LG