Accessibility links

Güneydə yeni həbslər, hökmlər


Nadarlı, Əli Məhəmmədi, Kirmani və Rəzəvi
Nadarlı, Əli Məhəmmədi, Kirmani və Rəzəvi

Azərbaycan veb səhifələri ötən günlərdə Şəbistər şəhərində milli fəal Murtaza Nurməhəmmədi Nadarlının Ettelaat tərəfindən nəzarət altına alındığı, həmçinin üç təbrizli fəalın İnqilab Məhkəməsi tərəfindən ağır hökmlərə məhkum edildiyini bildirir.

Günaz TV saytının yazdığını görə, Murtaza Nadarlı iyulun 14-də Şəbistərin Nadarlı kəndində saxlanılıb. Oyan News veb səhifəsi isə milli fəalın bir gecə nəzarətdə qalıb, sorğu-sual edildikdən sonra sərbəst buraxıldığını xəbər verib.

Güney Azərbaycan Televiziyası milli-mədəni fəalın həbsinin onun rəhbərlik etdiyi “Qurtuluş” adlı futzal komandası ilə əlaqəli ola biləcəyini qeyd edib. Qurtuluş komandası Şəbistər şəhərində Ramazan ayı münasibəti ilə təşkil edilmiş futzal yarışlarına qatılıb.

Yayılan məlumata görə, təhlükəsizlik qurumu daha öncə komanda oyunçularının geydiyi formalar üzərində yazılmış türk sözlərilə bağlı xəbərdarlıq vermişdi.

Hüquq müdafiəçiləri fəallar Hüseyn Əli Məhəmmədi, Taha Kirmani və Rəsul Rəzəvini “rejimə qarşı təbliğat aparmaq”, “Pantürkist fəaliyyətləri”, “qanunsuz qruplara üzv olmaq”, “İranın milli təhlükəsizliyəinə qarşı fəaliyyət” və “ali dini rəhbəri tənqid etmək” kimi ittihamlar ilə Təbriz İnqilab Məhkəməsi tərəfindən mühakimə edildiyini bildirib.

Hüseyn Əli Məhəmmədi və Taha Kirmani 3 il, Rəsul Rəzəvi isə bir il həbsə məhkum edilib.

İnsan haqları qrupları hər üç fəalın ötən aylar Ettelaat həbsxanasında saxıldıqları zaman ağır işgəncəyə məruz qaldıqlarını bildirmişdi.

XS
SM
MD
LG