Accessibility links

Tayvan prezidenti: Çin 23 milyon insanın azadlıq və demokratiya inadına hörmət etməlidir


Tayvan prezidenti Tsai İnq-ven nitq söyləyərkən
Tayvan prezidenti Tsai İnq-ven nitq söyləyərkən

Tayvan prezidenti, müstəqillik tərəfdarı olan Demokratik Proqressiv Partiyasının lideri Tsai İnq-ven deyib ki, Çin Tayvanın özünü idarə edən ada statusunu qəbul etməlidir.

Yeni ilin gəlişi münasibətilə ictimaiyyətə müraciətində prezident Tsai deyib ki, “Çin 23 milyon insanın azadlıq və demokratiya inadına hörmət etməlidir.” Prezident əlavə edib ki, hər iki tərəf aralarındakı “dəyərlər və həyat tərzi” ilə bağlı fundamental fərqləri qəbul etməlidir.

Tsainin qeydləri Çin prezidenti Şi Tsinpinin “Tayvandakı həmvətənlərə mesaj” adlı tarixi nitqin 40 illiyini qeyd etməyə hazırlaşdığı ərəfəyə təsadüf edir.

“Tayvandakı həmvətənlərə mesaj” nitqi iki rəqib ölkə arasında diplomatik münasibətlərin bərqərar olmasına təkan vermişdi.

XS
SM
MD
LG