Yeni ilə bir neçə həftə qaldığı müddətdə Nyu-Yorkun taksi sürücüləri öz şəhərlərinə xüsusi bir hədiyyə hazırlayıblar. Bu, yeni 2019-cu ilin özlərinə həsr olunmuş təqvimidir. Statistikaya görə, Nyu-Yorkun sarı taksi sürücülərinin 90%-i miqrantdır. Bu təqvimlərdə müxtəliflik əsas ideya olaraq götürüb.
Sürücü Qreq Vitkin Nyu-York şəhərinin demək olar ki, bütün küçələrini tanıyır, amma onun modellik etdiyi ağlınıza belə gəlməz.
Bu xüsusi taksi sürücüsü təqvimində Vitkin Oktyabr ayı üçün poza verib.
Taksilər üçün təqvim ideyası Şanon və Filip Körkmenə aiddir.
Şanon şəkilləri çəkir, Filip isə maliyyə və planlaşdırma işləri ilə məşğuldur.
"Bu qadın və kişilər şəhərimizin qəhrəmanlarıdır. Onlar həftənin 7 günü, günün 24 saatını bizi şəhərin istənilən nöqtəsinə aparırlar!", fotoqraf Şanon Körkmən deyir.
Nyu York şəhərində dünyanın istənilən yerindən olan 50 mindən artıq insan tərəfindən idarə olunan 13 mindən çox sarı taksi var. Şəhər statistikasına əsasən, onların 90 faizi mühacirdir.
Körkmenlər 2019-cu ilin təqvimlərində hər ayı müxtəlif etnik qrupun təmsil etməsini əsas ideya olaraq götürüblər.
"Afrikanın müxtəlif ölkələri, bütün Avropa üzrə. Bizim rusiyalı, Cənubi asiyalı, Cənubi amerikalı sürücülərimiz var. Bu təqvimdə çoxlu müxtəliflik var. Bu, Nyu-Yorkun çox gözəl tərənnümüdür!", fotoqraf Şanon Körkmən deyir.
Bu çox maraqlı iş olub.
Mayk kəmənd atmağı bacarır, Nazmil kofein asıllığı olan sərnişinlərinə qəhvə təklif edir, Alam yola düzgün musiqi seçir, Aleks isə yolda baş verən istənilən hadisənin, hətta böyük ilanın belə öhdəsindən gələ bilər.
Şanon və Filip bütün xırda detallar barədə düşündüklərini deyirlər.
"Bir neçə müxtəlif prospektləri nəzərdən keçirdik, insanlar avtomobilləri ilə müxtəlif şeylər edirlər, avtomobilin pəncərələrini silmədən, təkər dəyişməyə və ya elə bağlı taksidən düşməyə qədər!”, icraçı direktor, Filip Körkmən deyir.
Şanon və Filip Manhettenin taksi sürücülərinin təkcə taksiçi olmadıqlarını göstərmək istəyiblər. Məsələn Qreq hal-hazırda şəhərə aid olan bir sayt üzərində işləyir.
"Mənim sərnişimlərin ancaq başımın arxasını görürlər. Bəzən biz heç danışmırıq. Veb səhifəsində mən Nyu-York haqda ətraflı yaza bilərəm, mən özüm və ya digər taksi sürücüləri haqda yaza bilərəm.”, taksi sürücüsü Qreq Vitkin deyir.
Təqvim satışının gəlirinin bir hissəsi miqrantlara və onların ailələrinə kömək edən “University Settlement” cəmiyyətinə köçürüləcək.