Tatarısan prezidentinin səlahiyyətlərini icra edən Rüstəm Minnixanov Bakıda səfərdədir.
Tatarıstan hökumətinin məlumatına görə, R.Minnixanov səfər zamanı Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək və Azərbaycanda "KamAZ" markalı yük maşınlarının yığımı üzrə konveyeri şəxsən işə salacaq (fevral ayında "Gəncə avtomobil zavodu" İstehsal Birliyi ilə "KamAZ" ASC arasında Azərbaycanda və digər ölkələrdə "KamAZ" markalı yük maşınlarının yığımı və satışı üzrə saziş imzalanıb).
Xatırladaq ki, Gəncə avtomobil zavodu “Belarus” traktoru və “MAZ” avtomobilləri istehsal edir. Nümayəndə heyəti Nazirlər Kabinetində investisiya ilə bağlı görüşlər keçirəcək, həmçinin sənayeçilər və sahibkarlarla təmasda olacaq.
Bu gün Bakıda R.Minnixanovun iştirakı ilə Azərbaycan-Tatarıstan biznes forumu keçirlib. Forumda hər iki tərəfdən çoxsaylı biznes adamları iştirak edib.