1980-ci ildə Londonda İran səfirliyində işçiləri girov götürənləri tərkisilah etmək üçün Britaniyanın Xüsusi Hava xidməti işə cəlb edilir. Əməliyyat Nimrod adlanır. Demokratik İnqilab hərəkatı tərəfindən təlimatlandırılan təcavüzkarlar Xuzistanda ərəb mənşəli məhbusların azadlığa buraxılmasını tələb edir.
Ayətulla Xomeyni rejiminə etiraz edən hərəkatın 6 üzvü aprelin 30-da artıq 6 gün idi ki, səfirlik binasının nəzarətini əllərində saxlayırdı. Lakin onların girov götürdükləri 26 nəfərdən biri- Abbas Lavasani öldürülərək cəsədi səfirliyin həyətinə atıldıqdan sonra vəziyyət daha da gərginləşir. Hərbi əməliyyat işə başlayır.
Britaniyanın baş naziri Marqaret Tetçer Britaniyanın xüsusi hərbi qrupuna start komandası verir. Lavasaninin cəsədinin binanın həyətinə atılmasından cəmi 23 dəqiqə sonra binanın işıqları qəflətən sönür. Binanın pilləkənləri, pəncərələri partladılır. Maksimum dərəcədə çaşqınlıq yaradılan an xüsusi qrup damdan binaya daxil olur.
6 təcavüzkardan 5-i 15 dəqiqə davam edən atışmadan sonra öldürülür. Onlardan birinin cəsədinin üzərində sonradan 76 güllə yarası qeydə alınır.
Daha bir girov təcavüzkar tərəfindən öldürülür.
Yeganə sağ qalan hərəkat üzvü Fovzi Nejad girovların arasında gizlənərək səfirlikdən çıxmağa nail olur. Amma elə həyətdəcə ələ keçirilir. Cinayətdə iştirak ittihamı ilə o, ömürlük həbs cəzasına məhkum edilir, 2005-ci ildə zaminə buraxılma imkanı əldə edir.
İrana göndəriləcəyi təqdirdə işgəncə və ya edama məruz qalacağından ehtiyat edildiyindən, nə qədər istehzalı görünsə də, Britaniya hökuməti ona siyasi sığınacaq vermək məcburiyyəti qarşısında qalır.
Ümumilikdə isə Nimrod əməliyyatı uğurlu əməliyyat hesab edilir. Lakin çox keçmədən girov götürənlərin təslim olmalarına baxmayaraq, onların xüsusi qrup tərəfindən güllələndikləri barədə məlumat üzə çıxır.
Hadisə televiziya vasitəsi ilə canlı nümayiş etdirilib. BBC kanalı hətta Beynəlxalq Bilyard çempionatının yayımlanmasını dayandıraraq səfirliyin qarşısından hadisəni canlı yayımlayıb. Müxbir Keyt Adi avtomobilin qapısı arxasından 45 dəqiqə hadisəni canlı yayımladığına görə mətbuat aləmində ən yüksək pilləyə uçalır.