Stalinqrad: Təxminən milyon yarım insan həlak olub və ya yaralanıb. Bu, müharibə tarixinin ən qanlı döyüşü hesab olunan Stalinqrad döyüşünün vahiməli rəqəmləridir.
Döyüşlər İkinci Dünya Müharibəsi zamanı Nasist Almaniyası ilə Sovet Rusiyası arasında indi Volqoqrad adlandırılan şəhər uğrunda gedib. Bu, 1942-ci ilin avqust ayının 21-dən 1943-cü ilin fevral ayının 2-sinədək, düz 199 gün davam edərək tarixdə ən uzun sürən döyüş kimi düşüb.
Stalinqradın mühasirəyə alınması Hitlerin Fall Blau adlı möhtəşəm planının bir hissəsi idi. Şəhəri mühasirəyə almaqla o, şərq cəbhəsini möhkəmlətmək istəyir.
Lakin İkinci Dünya Müharibəsinin əvvəlindəki Barbarossa əməliyyatı kimi Fall Blau layihəsi də uğursuzluğa məhkum idi və mühüm dönüş nöqtəsinə çevrildi.
Strateji və simvolik baxımdan Stalinqrad Hitler üçün vacib hədəf idi. O, düşməni İosif Stailnin adını daşıyan şəhərə hücuma keçəndə generallarının məsləhətlərinə məhəl qoymamışdı.
Döyüş Almaniya hava qüvvələrinin ağır bombardmanı ilə başlayır. Ardınca piyada qüvvələri şəhərə daxil olur. Elə bir an gəlir ki, alman qüvvələri şəhərin 90 faizinə nəzarəti öz əlinə alır. Amma döyüş uzun və çətin davam edir və mülkü vətəndaşılar da daxil olmaqla böyük təlafata səbəb olur. Zəbt edilmiş ərazilər bir neçə dəfə yenidən Sovet qoşunları tərəfindən geri alınır. Dağılmış binalardan snayper hücumları əsas döyüş üsuluna çevrilir.
Soyuqlar düşdükdən sonra Sovet Ordusu Volqa çayının donmasından yararlanaraq şəhəri təchizatla təmin etməyə müvəffəq olur. Almanlar üçün isə təchizat yolunda problemlər baş qaldırır. Belə bir vəziyyətdə Alman döyüşçüləri aclıqdan, daha sonra isə sadəcə donaraq ölməyə başlayır.
Mövqelərin tamamilə əks tərəfin ixtiyarına keçməsi isə 1942-ci ilin noyabrın 19-da, Sovet qoşunları Uranus əməliyyatını işə salmaqla başlayır.
Əməliyyatın başlıca məqsədi Alman qoşunlarının zəif hesab edilən ən uzaq cinahını sındırmaq idi. Bu cinah azlıq təşkil edən və zəif silahlanmış Rumın piyada qoşunlarından ibarət idi.
Növbəti gün Sovet qoşunları faşistləri mühasirəyə almaq üçün qərb istiqamətində hərəkət edir. İki gün sonra Stalinqrad dövrəyə alınır.
Ruslar propaqanda məqsədi ilə həlledici anı videoya çəkmək istəyirlər. Lakin həmin an video kameranın olmadığından hadisəni sonradan səhnələşdirirlər.
Almanların Wintergewitter əməliyyatı ilə cavab hücumu rus qışının düşməsi ilə iflasa uğrayır. Minlərlə alman şaxtada donur. Yeni İl təhvil alanda artıq almanlar davam gətirə bilmir. Sovet ordusuna qarşı döyüşən qüvvələrin komandanı Fridrix Paulus Hitler tərəfindən Generalfeldmarşall tituluna təltif edildikdən cəmi bir gün sonra, yanvar ayının 31-də sovetlərə təslim olur.