İraqın sabiq lideri Səddam Hüseyn rejiminin siması kimi tanınan Tariq Əziz dünyasını dəyişib.
Sabiq baş nazir müavini və xarici işlər naziri, 79 yaşlı Əzizin səhhət problemləri olduğu bildirilir.
2010-cu ildə İraqda şiələrin kütləvi şəkildə qırğınına görə ölüm cəzası hökmü altında olan Tariq Əzizin hökmü icra edilməyib.
Ona qarşı digər cinayətlərə görə də hökmlər çıxarılmışdı.
Xristian olan Əziz 1983-cü ildə xarici işlər naziri, 1991-ci ildə isə baş nazir müavini vəzifəsinə təyin edilmişdi.