Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 mln. ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib.
APA agentliyinin məlumatına görə, AİİB-in vitse-prezidenti Dj Pandian deyib ki, Asiya ilə Avropa arasında enerji infrasturkturunun yenilənməsinə xidmət edən TANAP layihəsi Azərbaycan iqtisadiyyatını gücləndirməklə yanaşı, Avropanın, o cümlədən Türkiyənin enerji təhlükəsizliyini təmin edəcək.
Qeyd edək ki, kredit Azərbaycan hökumətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə ayrılıb. Bununla AİİB-in cari ildə ayırdığı kreditin ümumi məbləği 1,73 mlrd. dollara çatıb.