Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfdaşları Transanadolu (TANAP) qaz kəməri layihəsindəki paylarını aprelin 1-dən maliyyələşdirməyə başlayacaqlar.
Trend agentliyinin məlumatına görə, bu barədə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, TANAP konsorsiumu martın sonunadək boru kəmərinin quru sahəsinin tikintisinə başlayacaq.
Şirkət rəhbəri deyib ki, TANAP-ın 1337 kilometr uzunluğunda olan quru sahəsinin tikintisi üzrə podratçılar "Fernas Insaat A.S.", "Sicim-Yuksel-AKKORD Adi Ortakligi" və "TEKFEN Insaat ve Tesisat A.S" şirkətləridir.
"Bu üç şirkət qaz kəmərinin Əskişəhr şəhərinədək olan hissəsini tikəcəklər. Sonra biz 2015-ci ilin sonu - 2016-cı ilin əvvəlində TANAP-ın diametri 48 düym olan qalan hissəsinin tikintisi üzrə tenderə yekun vuracağıq".
R.Abdullayev əlavə edib ki, boru kəməri layihəsinin maliyyələşdirilməsi ilə bağlı heç bir problem yoxdur.
Xatırladaq ki, martın 17-də Türkiyədə TANAP qaz kəmərinin təməlinin qoyulması mərasimi keçirilib.
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan və Rusiya dəmir yolu rəhbərləri arasında ikitərəfli görüş keçirilib.