Taliban rəsmiləri Taliban müzakirəçilərinin Qətərdə ABŞ rəsmiləri ilə qarşıdan gələn sülh danışıqları üçün qarşılıqlı etimad qazanmaq yolunda bir sıra danışılqlar aparacağını bildirib.
Bir zamanlar qrupun dini polislərinə rəhbərlik etmiş Moləvi Qələmuddin dünən bildirib ki, nümayəndə heyyətinin tərkibinə Taliban lideri Molla Ömərin sabiq katibi və bir neçə başqa sabiq rəhbər də daxildir. Qələmuddin bildirib ki, danışıqlara Kubada Quantanamo hərbi məhbəsində saxlanılan Taliban məhbuslarının azadlığa buraxılması da daxildir.
Onun sözlərinə görə, nümayəndə heyyəti Qətərə Pakistandan səyahət edib. Bu isə İslamabadın sülh prosesini dəstəkləməsinə işarədir.