Bazar günü Əfqanıstan prezidenti Əşrəf Qani 400 Taliban məhbusunun sərbəst buraxılacağını elan etməklə, ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqlarına erkən başlamağın yolunu açııb.
Prezident hökumət tərəfindən maliyyələşdirilən Loya Cirgə kimi tanınan qrupun Əfqanıstanda on illərdir davam edən müharibənin sona çatmasına yönəlmiş razılığın bir hissəsi olaraq Taliban məhbuslarının azad edilməsini tövsiyəsindən sonra qərar verib.
Fevralın 29-da imzalanan müqavilə Talibanın əsir götürdüyü Əfqanıstanın təhlükəsizlik qüvvələrinin 1000 əsgəri müqabilində 5000 üsyançı məhbusun sərbəst buraxılmasına çağırır.
Üsyançılar mərhələli şəkildə azad ediləcəkləri bütün məhbusları azad edib. Qani 400 Taliban məhbusunun azad edilməsi üçün Loya Cirgə ilə görüşərək, məsləhət istəyib.
Müzakirələrin sonunda 3000-dən çox nümayəndənin iştirak etdiyi Əfqanıstan ictimai məclisi Qanini 25 maddəlik bəyannamədə məhbusları sərbəst buraxmağa çağırıb.
"Hər maneəni aradan qaldırmaq, sülh prosesinin başlamasına və qan tökülməsinə son qoyulması üçün Loya Cirgə 400 Talibanın sərbəst buraxılmasını təsdiqləyib" - deyə, prezident bildirib.
Əfqanıstan prezidenti daha sonra məclisə təşəkkür edərək deyib ki, bu gün 400 məhbusun azad edilməsi əmrini imzalayacaq.
Rəsmi tarix açıqlanmasada müzakirələr 29 Fevral ABŞ-Taliban sazişinin imzalanmasına ev sahibliyi edən Qətərin paytaxtı Dohada keçirilcək.