Accessibility links

Taliban NATO aerodromuna hücum edib


Rəsmilər toqquşma zamanı bir neçə yaraqlının məhv edildiyini və iki əsgərin yaralandığını bildirb

NATO rəsmiləri deyirlər ki, Əfqan və beynəlxalq qüvvələr yaraqlıların şərqi Əfqanıstandakı təyyarə meydanına hücumunun qarşısını alıb. Taliban militantları bu gün səhər Cəlalabad şəhərindəki aerodroma hücum edərək avtomobilə qoyulmuş partlayıcı qurğunu işə salmış və minamyotlardan istifadə etmişlər. NATO-nun bəyanatında deyilir ki, qoşunlar yaraqlıların bazaya daxil olmasının qarşısını ala biliblər. Rəsmilər toqquşma zamanı bir neçə yaraqlının məhv edildiyini və iki əsgərin yaralandığını bildirb. NATO az sonra şərqdə qısa sürən silahlı hücum zamanı bir xidmət üzvünün qətlə yetirildiyini bildirib. Lakin, koalisiya bu barədə geniş açıqlama verməyib. Əfqanıstan Talibanı böyük NATO bazalarından biri olan təyyarə meydanına reyd üçün məsuliyyəti öz boynuna götürüb. Bu günkü hücum son aylarda NATO-ya məxsus bazaya olan üçüncü hücum idi.

XS
SM
MD
LG