Accessibility links

Əfqanıstandakı Talibanla sülh danışıqları cəhdi davam edir


Əfqanıstandakı Talibanla sülh danışıqları cəhdi davam edir
Əfqanıstandakı Talibanla sülh danışıqları cəhdi davam edir

Pakistan hökuməti əfqan Taliban liderlərini 10 il davam edən müharibəyə son qoymaq üçün Əfqanıstan hökuməti ilə sülh danışıqları aparmağa çağırıb. Pakistanın baş naziri Yusif Rza Gilani bu gün Taliban liderlərini və Hizb-ə-İslam da daxil olmaqla başqa əfqan yaraqlı qruplarını barışıq və sülh prosesində iştirak etməyə çağırıb. Bu həftənin əvvəlində əfqan prezidenti Həmid Karzayi bir daha Taliban liderlərini bir-başa danışıqlar aparmağa dəvət edib. O, qeyd edib ki, Pakistanın sülh danışıqlarına dəstəyi danışıqlarda uğur əldə etmək üçün olduqca mühümdür.

Məlumat verilir ki, Taliban nümayəndələri ABŞ rəsmiləri ilə Qətərdə danışıqlar üçün hazırlığa başlayıb. Lakin qrup bir daha əfqan hökuməti ilə danışıqlar aparmaqdan imtina edib. Əfqan rəsmiləri Pakistan ərazisində qərargahlaşdığı ehtimal edilən yüksək rütbəli Taliban liderləri ilə görüşməyə can atır.

XS
SM
MD
LG