Əfqanıstan rəsmiləri cümə günü Kabildə xarici hərbi konvoya edilən intiharçı hücumu nəticəsində dörd mülki vətəndaşın həlak olduğunu və dörd ABŞ hərbçisinin yaralandığını xəbər verir.
ABŞ rəsmiləri hücumun baş verdiyini təsdiqləyib, lakin xəsarətlərin yüngül olduğunu bildirib.
ABŞ hərbi rəsmiləri hücumun baş verdiyini təsdiqləyib, lakin hərbçilərə dəyən xəsarətin 'yüngül' olduğunu bildirib.
Taliban Kabili Cəlalabad şəhəri ilə birləşdirən yoldakı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Taliban sözçüsü Zabihullah Mücahid ilkin məlumata istinad edərək qüdrətli partlayışın iki hərbi maşını sıradan çıxardığını və 10 “işğalçını” öldürdüyünü bildirib.
Taliban bir qayda olaraq ABVŞ-ın rəhbərlik etdiyi NATO qüvvələrini “işğalçı” adlandırır.
Üsyançı qrup öz bəyanatlarında tez-tez şişirtmələrə yol verir.
Bir gün öncə - cümə axşamı İŞİD-ə mənsib olan intiharçı əfqan hərbi akademiyası qarşısında özünü partlatmışdı. Bu hücum nəticəsində təhlükəsizlik qüvvələrinin altı əməkdaşı həlak olmuş, 12 nəfər isə yaralanmışdı.
Son günlərin hücumları Rusiya paytaxtında Taliban üsyançılarının siyasi liderliyi əfqan rəsmiləri ilə danışıqlar apardığı vaxta təsadüf edir.
Taliban müqəddəs Ramazan ayında atəşkəs təklifini rədd edərək, "işğalçı" qüvvələr ölkədən çıxmayınca zorakı mübarizəni davam etdirəcəyini bəyan edib.