Accessibility links

Jurnalistlər Talibanın Facebook-u bloklamaq planının tənqidçiləri susdurmaq cəhdi olduğunu deyirlər


Jurnalistlərin və fəalların fikrincə, Talibanın Facebook-a girişi əngəlləmək planı Əfqanıstanda söz azadlığını məhdudlaşdırmaq və tənqidçiləri susdurmaq üçün növbəti cəhddir.

Təklifi Talibanın telekommunikasiya və informasiya texnologiyaları naziri vəzifəsini icra edən Nəcibullah Həqqani elan edib.

TOLO News-a verdiyi müsahibədə Haqqani deyib ki, onun nazirliyi Əfqanıstanda Facebook-a girişi “ya məhdudlaşdırmaq, ya da bloklamaqla” bağlı siyasət hazırlayır.

Hakkaninin dediyinə görə, sosial media platformasının bloklanması “millətin maraqlarına uyğundur”. O əlavə edib ki, Əfqanıstanda gənclər Facebook-dan "müsbət şəkildə" istifadə etmək üçün kifayət qədər biliyə malik deyillər və buna görə də ondan istəfadə “vaxt və pul itkisidir”.

Əfqanıstan jurnalistləri və fəalları isə bu təklifi ifadə azadlığını və media azadlıqlarını daha da məhdudlaşdırmaq cəhdi kimi qiymətləndirir.

Kabildə yaşayan, repressiyalardan qorxaraq adının açıqlanmasını istəməyən bir jurnalist təklif edilən siyasətin Talibanın “repressiv məhdudiyyətlərinin” davamı olduğunu deyib. Jurnalist deyib ki, “Facebook-u bloklamaqla onlar [Taliban] jurnalistlərin xəbər və məlumat paylaşmasını məhdudlaşdırmaq, fəalları və [hökumət] tənqidçilərini susdurmaq istəyir”.

Jurnalist sosial şəbəkələrə qoyulan məhdudiyyətlərin mənfi təsir göstərəcəyini bildirib. Onun sözlərinə görə, xəbərlər artıq ölkə daxilində senzuraya məruz qalır və buna görə də bir çox insan məlumat üçün Facebook-a müraciət edir.

Mətbuat azadlığı qrupu olan Jurnalistləri Müdafiə Komitəsi açıqlamasında bildirib ki, Talibanın planı “ölkədə sərbəst məlumat axınına daha çox mane olacaq”.

Onlayn statistika məlumat bazası olan “Statista”-nın məlumatına görə, Əfqanıstanda 3,15 milyon aktiv sosial media istifadəçisi var və Facebook ən populyar sosial media platformalarından biridir.

2021-ci ildə Taliban hakimiyyəti ələ keçirdikdən sonra jurnalistlər və başqaları sosial media platformalarından məlumat paylaşmaq üçün getdikcə daha çox istifadə edir.

Yüzlərlə xəbər orqanının bağlanması ilə yaranan boşluğu Facebook doldurur. Sərhədsiz Reportyorlar təşkilatı 2021-ci ildən bəri yüzlərlə media orqanının bağlandığını və Talibanın ölkədə müstəqil mediaya repressiv məhdudiyyətlər tətbiq etdiyini bildirib.

Bunlara Amerikanın Səsi, AzadlıqRadiosu və BBC daxil olmaqla, transsərhəd mediaya qadağalar daxildir. Taliban həmçinin mediaya göstərişlər verib, xəbər agentliklərinə və jurnalistlərə məzmun və hadisələrlə bağlı reportaj hazırlayarkən rəsmilərlə koordinasiya etməyi əmr edib.

Forum

XS
SM
MD
LG