Accessibility links

Taliban Əfqanıstanda əraziləri sürətlə ələ keçirməkdə davam edir


Taliban qiyamçıları Əfqanıstanda əraziləri sürətlə ələ keçirməkdə davam edir. Belə ki, ABŞ son qoşunlarının avqust ayının sonuna qədər ölkədən çıxaracağını bildirib.

Bir çox Əfqanıstan mənbəyi Taliban hökumət tərəfdarı qüvvələrə son 24 saat ərzində Bədəxşan və Taxar sərhəd əyalətlərinin şimal-şərqindəki ən azı on bölgədən geri çəkilmək üçün təzyiq göstərdiyini deyib.

Bir çox bölgədəki hökumətyönlü qüvvələrin,Talibana heç bir müqavimət göstərmədən təslim olduqları və ərazilərini tərk etdikləri deyilir.

Qonşu Orta Asiya dövlətinin rəsmi mətbuatı xəbər verir ki, 300-dən çox əfqan sərhəd qoşunu Bədəxşandakı döyüşlərdən qaçaraq Tacikistana keçib.

Əfqan işçilərə “insanlıq və mehriban qonşuluq prinsiplərinə uyğun olaraq” Tacikistan ərazisinə girməsinə icazə verilib.

Keçən həftə Taliban döyüşçüləri ilə toqquşmalardan sonra çox sayda əfqan əsgərinin Tacikistana qaçmasına səbəb olmuşdu.

Bildirilir ki, Taliban qiyamçıları Bədəxşanın paytaxtı Faizəbada qədər yaxınlaşıb.

Şənbə gecəsi Əfqanıstanın sosial mediasında yayılan videoda əyalət rəsmilərinin ailələri ilə birlikdə panika ilə təyyarəyə minərək şəhərdən qaçdıqlarını göörünür.

Amerikanın Səsi görüntülərin həqiqiliyini təsdiqləyə bilməyib.

Son 24 saat ərzində azı 9 vilayətdə üsyançılara qarşı əməliyyatlarda 300-dən çox Taliban döyüşçüsünün öldürüldüyü bildirilir.

XS
SM
MD
LG