Accessibility links

Taliban ABŞ-ın iki liderinə qarşı yeni sanksiyalarını tənqid edir


Əfqanıstanın Taliban hökuməti şənbə günü Birləşmiş Ştatların insan hüquqları pozuntuları səbəbilə iki liderinə yeni sanksiya tətbiq etməsini pisləyərək, təzyiq və məhdudlaşdırıcı tədbirlərin problemləri həll etməyə kömək etmədiyini deyib.

Bu cavab ABŞ Maliyyə Departamenti dekabrn 10-də qəyd olunan Beynəlxalq İnsan Hüquqları Gününü qeyd etmək məqsədilə, Çin, İran və Talibanın idarə etdiyi Əfqanıstan daxil olmaqla, doqquz ölkədə 20 nəfərə sanksiya tətbiq etməsindən bir gün sonraya təsadüf edib.

Əfqanıstanda sanksiyalar Talibanın əxlaqsızlıq və fəzilər nazirliyinin başçısı Məhəmməd Xəlid Hənafi və qrupunun təkcə kişilərdən ibarət kabinetinin üzvü və Əfqanıstan Elmlər Akademiyasının başçısı Fəriduddin Mahmuda tətbiq olunub.

ABŞ bildirib ki, iki Taliban üzvü kişi “qadın və qızların yalnız cinsinə görə hüquqlarının repressiya edilməsinə” görə məsuliyyət daşıyır.

Taliban Əfqanıstanda qızların altıncı sinifdən sonra təhsil almalarını, qadınların isə əksər iş yerlərində işləmərini qadağan edir. İslamçı qrup hakimiyyəti iki il əvvəl Amerikanın dəstəklədiyi hökumətdən geri alıb və təkcə kişilərdən ibarər administrasiyasını Əfqanıstan İslam Əmirliyi elan edib.

“biz ABŞ Maliyyə Departamentinin Əfqanıstan İslam Əmirliyinin iki rəsmisinə tətbiq etdiyi məhdudiyyətləri qınayırıq,” Talibanın baş sözçüsü Zbihullah Mücahid X sosial media platformasında ingilis dilində yaydığı bəyanatında bildirib.

O, Vaşinqtonu hökumətinə “təzyiq və məhdudiyyətlər tətbiq etməkdən” imtina etməyə çağıraraq, Birləşmiş Ştatların keçmişdəki “uğursuz təcrübələrini təkrarlamamalı” olduğunu iddia edib.

“Amerika özü İsrailə dəstək səbəbilə insan hüquqlarını ən çox pozanlardan biri olaraq, digər insanları insan hüquqlarını pozmaqda ittiham etməsi və sonra onları qadağan etməsi əsassız və məntiqsizdir,” Mücahid deyib.

Forum

XS
SM
MD
LG