Accessibility links

Taliban Əfqanıstanın Kunduz şəhərində hökumət binalarını ələ keçirib


Əfqanıstan qüvvələri
Əfqanıstan qüvvələri

Əfqanıstanın şimal-şərqində yerləşən Kunduz şəhərindəki əsas hökumət binalarını ələ keçirən Taliban döyüşçüləri hökumət qüvvələrinin hava limanına və öz bazasına nəzarəti əlində saxlayıb. Bu barədə əyalət məclisinin millət vəkili bazar günü məlumat verib.

ABŞ bu ölkədəki hərbi missiyasını avqustun sonuna qədər başa vuracağını bildirdikdən sonra Taliban qüvvələrini Əfqanıstanın hər tərəfinə buraxıb və üsyançılar hərəkatını gücləndirib.

Cümə günü üsyançılar Əfqanıstanın cənubundakı Nimroz əyalətinin İranla sərhədində yerləşən Zaranc şəhərini ələ keçirərək, illər sonra ilk əyalət paytaxtını ələ keçirmiş oldular.

Şənbə günü isə, şimaldakı Covzan əyalətinin qubernator müavini, əyalətin paytaxtı Şibirqanın ətrafının üsyançıların hücumuna məruz qaldığını söyləyib.

Əfqanıstan təhlükəsizlik qüvvələrinin sözçüsü Kunduzda "son dərəcə ağır döyüşlərin davam etdiyini" söyləyib. Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri minerallarla zəngin şimal əyalətləri və Orta Asiya qapısında olduğu üçün strateji əhəmiyyətə malik şəhəri qorumaq üçün mübarizə aparır.

Lakin Kunduz əyalətindən olan bir millət vəkili Reuters agentliyinə bildirib ki, üsyançılar 270 min əhalisi olan şəhərin əsas binalarını ələ keçiriblər. Bu, şəhərin Talibanın nəzarətinə keçən növbəti şəhər ola biləcəyinə dair qorxu yaradır.

"Dünən günortadan sonra şiddətli qarşıdurmalar başladı, bütün hökumət qərargahları Talibanın nəzarətindədir, yalnız oradan Talibana müqavimət göstərdikləri ordu bazası və hava limanı Əfqanıstan təhlükəsizlik qüvvələrinin nəzarətindədir, "Kunduz əyalət məclisinin üzvü Amruddin Vali bildirib.

Müdafiə Nazirliyinin sözçüsü Rohullah Əhmədzai Facebook sosial şəbəkəsində xüsusi təyinatlıların Kunduzda olduğunu və Talibanın ələ keçirdikləri media ofislərini geri almaq üçün şəhərdə 'təmizləmə əməliyyatları' apardıqlarını söyləyib.

Kunduzdakı səhiyyə rəsmiləri qadın və uşaqların cəsədləri də daxil olmaqla, 14 cəsədin və 30-dan çox yaralının xəstəxanaya aparıldığını söyləyib.

XS
SM
MD
LG