Müsəlman Birliyi Hərəkatının sədri, Nardaranda həbs edilmiş Taleh Bağırov “Azadlıq” qəzeti vasitəsi ilə bəyanat yayıb.
Bağırov 2015-ci il noyabrın 26-da Nardaranda həyata keçirilmiş xüsusi əməliyyat zamanı bir qrup tərəfdarı ilə birlikdə saxlanılıb. Onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçilib. T.Bağırzadə 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır
Bağırova qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaşlar), 228 (qanunsuz silah saxlama), 233 (ictimai asayişi pozma), 279 (qanunsuz silahlı qruplar yaratma), 281 (dövlətə qarşı açıq-aşkar çağırışlar), 283 (dini ədavət salma), 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) və 278-ci (hakimiyyəti zorla ələ keçirmək cəhdi) maddələrilə ittiham irəli sürülüb.
Son rəsmi məlumatlara görə, Nardaran hadisələri ilə bağlı hazırda 68 nəfər həbsdədir.
Bağırov bəyanatında yazır ki, son dəfə həbsdən çıxandan sonra yenidən həbs olunacağını bilirmiş:
"Lakin artıq bizi narkotik, silahla şərləyib tutmaq sərf eləmirdi. Bəhanə verməmək üçün qanuna uyğun olaraq bütün çağırılan yerlərə – polisə, MTN-ə (keçmiş Milli Təhlükəsizlik Nazirliyi) özüm getmişəm. Polis İdarəsində zorakılığa məruz qalmışam. Bununla bağlı polis rəisindən prokurorluq orqanlarına şikayət vermişəm. Bütün bunlara görə bizi terrorçu damğası vurmaqla, qondarma polis əməliyyatı keçirməklə həbs etdilər.
Təşkilatımızın təsis iclası Azərbaycan dövlətimizin himni ilə başlamışdı. Bu dövləti, dövlətin bayrağını bizlərdən çox sevən bəlkə də yoxdur.
Həbs edilməmişdən əvvəl hökumətin nəzarətində olan televiziyalarda biz şiələri İŞİD-lə müqayisə edən silsilə qondarma reportajlar verdilər. Təbii ki, bunlara inanan yoxdur. Müsəlman Birliyi Hərəkatı təsis olunarkən onun məramı dinc mübarizəni nəzərdə tutub, biz daim bu amala sadiqik. Biz yeganə təşkilatıq ki, İdarə Heyətimizin bütün üzvləri havadan götürülmə ittihamlarla həbsdədir. Təşkilatımızın təsis iclası Azərbaycan dövlətimizin himni ilə başlamışdı. Bu dövləti, dövlətin bayrağını bizlərdən çox sevən bəlkə də yoxdur.
Tutularkən mənə ağır işgəngələr verildi, bu işgəncələr “bandotdel”də davam etdi. Bakı İstintaq Təcdirxanasına köçürüləndən sonra bunlara son qoyuldu. Məni heç bir işgəncə sındıra bilməz və ruhiyyəm əvvəlki kimidir. Hər bir başlanğıcın sonu olduğu kimi, bu zülmün də sonu olacaq.
Məni heç bir işgəncə sındıra bilməz və ruhiyyəm əvvəlki kimidir.
Məhkəməyə işgəncə ilə bağlı verilmiş haqlı və qanuni şikayət dini camiyyətdə müəyyən ruh düşgünlüyü yaratdı. Məhkəmə uzandı və işgəncə izəlrinin bir qismi itdi. Eşitdiyimə görə, son məhkəmə vaxtı məhkəmə binasının önünə gələn mömin qardaşlardan yenə həbs olunanlar oldu. Bütün bunları nəzərə alaraq, həmin verilmiş şikayəti geri götürmək qərarına gəldim. Mənə, digər mömin qardaşlara qarşı işgəncə vermiş şəxsləri Allaha həvalə edirəm. Onlara səslənirəm ki, insanlıq, insaf hissiniz zərrə qədər qalıbsa, bundan sonra bu hərəkətləri etməyin, tövbə edin. Allah tövbələri qəbul edəndir."