Accessibility links

Tale Bağırzadə: Azərbaycanı həbsxanalardakı beyin mərkəzləri xilas edəcək [Video-Müsahibə]


Tale Bağırzadə: Azərbaycanı həbsxanalardakı beyin mərkəzləri xilas edəcək
please wait

No media source currently available

0:00 0:06:01 0:00

Tale Bağırzadə: Azərbaycanı həbsxanalardakı beyin mərkəzləri xilas edəcək

Keçmiş vicdan məhbusunun Amerikanın Səsinə müsahibəsi

Keçmiş vicdan məhbusu, ilahiyyatçı Tale Bağırzadə Amerikanın Səsinə müsahibəsində həbsxana həyatı, din xadimlərinin cəmiyyətdə rolu, dövlət-din münasibətlərindən danışıb.

Amerikanın Səsi: Həbsxana həyatınız necə keçdi? Siz həm açıq tipli, həm də qapalı tipli həbsxanada saxlanıbsınız. Münasibət necə idi?

Azərbaycanın düşünən beyinləri hal-hazırda həbsxanalardadırlar.

Tale Bağırzadə: Bilirsiniz, Azərbaycanda mövcud vəziyyət çox acınacaqlıdır. Azad sözə, azad fikrə, azad əqidəyə hakimiyyət tərəfindən basqılar var. Şübhəsiz ki, belə bir vaxtda həbslər qaçılmazdır. Bizim həbsimiz gözləniləndir və özümüzü həbsə hazırlamışdıq, yəni psixoloji durum olaraq. Bilirdik ki, hakimiyyət azad düşüncəli insanları, hakimiyyətin siyasətini tənqid edən insanları həbs edə bilər. Şükür olsun allaha, biz tam hazır formada həbsxanaya daxil olduq. Həbsxanada düzdür hakimiyyət zülm edir, amma qapalı tipli həbsxana olsun, cəzaçəkmə müəssisəsi olsun, orada işçilərin və yaxud məhbusların, cinayətkarların vicdan məhbuslarına (islamçı məhbuslar olsun, siyasi məhbuslar olsun fərq etməz) yəni nahaq yerə şərlənən insanlara böyük hörmət qoyurlar. Onlar bilirlər, bu insanlar bura nahaq yerə düşüblər, mübarizə uğrunda həbsə atılıblar. Azərbaycanda deyərdim ki, həbsxanalar hal-hazırda​

Tale Bağırzadə məhkəmədə
Tale Bağırzadə məhkəmədə

beyin mərkəzlərinə çevrilib. Çünki, Azərbaycanın düşünən beyinləri hal-hazırda həbsxanalardadırlar. Bu da anormal hakimiyyətlərdə, dövlətlərdə mümkün olur. Yəni, müasir, azad tipli dövlətlərdə, cəmiyyətlərdə beyin mərkəzlərinə, azad tipli insanlara hörmət qoyulur. Sadəcə, Azərbaycanda bu, həbsxanalarda mümkündür. İnanıram ki, həbsxanalarda olan vicdan məhbusları, siyasi məhbuslar (o beyin mərkəzləri artıq Azərbaycanın gələcəyi üçün düşünürlər) Azərbaycanı avtoritar, totalitar rejimdən xilas edəcək, inşallah Azərbaycanda azad cəmiyyət bərpa olunacaq.

Amerikanın Səsi: Bundan sonra fəaliyyətinizi necə davam etdirəcəksiniz? İlahiyyatçı və ya siyasətçi – bunlardan hansına üstünlük verəcəksiniz? Çünki, siz Milli Şuranın da üzvüsünüz.

Ümumiyyətlə dinin siyasətdən uzaq olması baxışımda səhv bir məntiqdir.

Tale Bağırzadə: Bizim düşüncəmizdə, ilahiyyatçı siyasətçi də ola bilər, siyasətçi ilahiyyatçı da ola bilər. Yəni, bunlar bir-birinə zidd olan məfhumlar deyil. Ümumiyyətlə dinin siyasətdən uzaq olması baxışımda səhv bir məntiqdir. İslam tartixini oxusanız, 19 əsrə qədər Azərbaycan tarixində dövlət quruculuğunda müsəlman hüququndan istifadə olunub. Yəni, o ki, deyirlər islam siyasətdən uzaqdır, bu tarixdən xəbəri olmayan insanlardır və yaxud məqsədyönlü şəkildə fikirlər yürüdülür. Bizim hal-hazırki fəaliyyətimiz, xüsusilə gələcək fəaliyyətimizə gəlincə, bilirsiniz ki, 2015-ci il yanvar ayının 13-dən (biz həbsdə olduğumuz müddətdə) Müsəlman Dini Hərəkatı yaradıldı. Onun ideologiyası var, - milli və islami məfkurədə islamçılıq, ümmətçilik, yəni heç bir ixtilaf yaratmadan Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması. Şübhəsiz ki, biz bu ideologiya, prinsiplər əsasında cəmiyyətdə öz fəaliyyətimizi davam etdirəcəyik.

Amerikanın Səsi: Ölkədə dini durumu necə qiymətləndirirsiniz? Din xadimləri xalqa örnək ola bilirmi?

Yəni həm böyük zindanda, həm kiçik zindanda örnək olan ruhanilərimiz var.

Tale Bağırzadə: Şükürlər olsun allaha ki, artıq bu müasir dövrdə, (bilirsiniz ki, keçmişdə SSRİ-nin istilası altında idik, ruhanilərimizə, dinimizə çox zülm olmuşdu, ateizmi var idi) müstəqillik qazanandan sonra Azərbaycanda dini basqı aradan qaldırıldı və yeni ruhanilər, yeni şəxsiyyətlər formalaşdı. Təəssüflər olsun ki, bunlarla paralel SSRİ-nin qalıqları, SSRİ düşüncəsinin qalıqları ruhanilər də var idi. Bu gün cəmiyyətimizdə də var onlar.

İlahiyyatçı Tale Bağırzadənin məhkəməsi zamanı qarşıdurma
İlahiyyatçı Tale Bağırzadənin məhkəməsi zamanı qarşıdurma

Amma, hal-hazırki durumda Azərbaycanda həbslər, həbsdə olan ruhanilər bir daha sübut etdilər ki, Azərbaycan xalqının ruhaniləri öz xalqını, vətənini sevən və xalqın gələcəyini düşünən insanlardır. İnanıram ki, Azərbaycanda belə ruhanilər var. Həbsdə də var, həm də həbsdən kənarda var. Yəni həm böyük zindanda, həm kiçik zindanda örnək olan ruhanilərimiz var.

Amerikanın Səsi: Dövlət-din münasibətləri necə nizamlanır? Bu sahədə islahatlara ehtiyac duyursunuzmu?

İstər dini qurumlar olsun, istər Qafqaz Müsəlmanları İdarəsi olsun Azərbaycan xalqı bunlara inanmır.

Tale Bağırzadə: Dövlət-din münasibətləri çox əhəmiyyətli məsələlərdəndir. Çünki, din-dövlət münasibətlərində hər hansı problem yaranarsa dövlətin qalıcılığı, uzun müddətli olması sual altına gedir. Azərbaycanda təəssüflər olsun ki, din-dövlət münasibətlərində böyük uçurumlar var. Gördüyünüz kimi, artıq neçə illərdir Azərbaycanda yersiz olaraq, konstitusiyaya zidd olaparaq hicab qadağası var. Bu nə Amerikada, nə Avropa ölkələrində, yəni qeyri-müsəlman ölkələrində tətbiq olunmur. Azad olan demokratik dövlətlərdə hicablı qadınlar hicabda pasportarına şəkil çəkdirə bilərlər. Azərbaycanda artıq 1999-cu ildən başı bağlı pasporta şəkil çəkdirmək olmaz, 2009-2010-cu illərdən Azərbaycanda orta məktəblərdə hicab

Tale Bağırzadə həbsdən azad edilib
Tale Bağırzadə həbsdən azad edilib

qadağası var. Yəni, bu problemlər onu göstərir ki, Azərbaycanda din-dövlət münasibətləri normal deyil. İnsanlar bu gün dövlətin dinə, o iddia etdiyi kimi, - məhəbbətinə inanmır. Yəni, bu günləri istər dini qurumlar (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzərdə tutulur-red) olsun, istər Qafqaz Müsəlmanları İdarəsi olsun Azərbaycan xalqı bunlara inanmır. Çünki dövlətin apardığı siyasətin təmsilçiləri, güzgüsü bunlardır. Bunlar da heç vaxt haqqı müdafiə etmirlər. Zindanlarda yatan insanlar, həbsxanalarda narkotiklə şərlənən, zülm olunan islamçı ruhaniləri heç vaxt müdafiə etmirlər. Əksinə bu, məsələlərdə dövlətin siyasətinə dəstək olurlar. Şübhəsiz ki, bu, inanclı kütlənin, Azərbaycan xalqının gözündən qaçmır. Gözündən qaçmadığına görə də bu gün dövlət-din münasibətlərində ciddi problem var. İslahatlara həqiqətən ehtiyac var. Biz dəfələrlə demişik, əgər Azərbaycan hakimiyyəti bu islahatlara getməsə onun sonu heç də yaxşı görsənmir. Ümid edirik ki, inşallah, bu islahatlar olacaq.

XS
SM
MD
LG