Accessibility links

Tayvan prezidentinin ABŞ rəsmiləri ilə görüşü Çinin hiddətinə səbəb olub


ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkarti (sağda) Tayvan prezidenti Tsay İn-Venlə görüşür
ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkarti (sağda) Tayvan prezidenti Tsay İn-Venlə görüşür

ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkarti çərşənbə günü Kaliforniyada Tayvan prezidenti Tsay İn-Venlə görüşüb.

Planlaşdırılan danışıqlar Çinin hiddətinə səbəb olub. Belə ki, Pekin Tayvan Boğazının şimal-mərkəzi hissəsində birgə kruiz və patrul əməliyyatı keçirəcəyini elan edib, Xalq Azadlıq Ordusu isə canlı atəş təlimləri üçün Şərqi Çin dənizinə iki esmines və bir freqat yerləşdirdiyini bildirib.

Hər iki əməliyyatın Tayvan prezidentinin bir həftədən az müddətdə ABŞ-da iki dəfə dayanmasına görə olduğu güman edilib.

Çin rəsmiləri Tayvan Boğazı əməliyyatı və ya Çin Hərbi Dəniz Qüvvələrinin müşahidə gəmilərinə qoşulub-qoşulmadığı barədə ətraflı məlumat verməyib.

Nümayəndələr Palatasındakı Demokratik azlığın lideri, ABŞ nümayəndəsi Hakem Ceffris Tsayla keçən həftə Nyu Yorkda görüşdüyünü deyib.

"Biz Amerika və Tayvan arasında qarşılıqlı təhlükəsizlik və iqtisadi maraqlar haqqında söhbətimiz çox məhsuldar oldu. Biz, həmçinin demokratiya və azadlığa olan ümumi öhdəliyimizi müzakirə etdik" - deyə, Ceffris bildirib.

Tayvan prezidenti Vaşinqtonu ziyarət etmədiyini, iki dayanacağı - Mərkəzi Amerika müttəfiqləri Qvatemala və Belizə səfəri zamanı tranzit olaraq ABŞ-dan keçdiyini deyib.

XS
SM
MD
LG