Accessibility links

Tailandda marixuanadan tibbi məqsədlə istifadə ediləcək


Tailandda marixuanadan tibbi məqsədlə istifadə ediləcək
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Narkotiklər əleyhinə səyləri ilə tanınan Tailand Cənubi Asiya ölkələri arasında ilk olaraq tarixi bir addım atıb. Bu ölkə maruxuananın tibbi müaliciəsini qəbul edib.

Tailandın şimal bölgəsində xüsusi bir bitkidən istifadə edilməsi ənənəvi mahiyyət daşıyır.

Marixuana qeyri-qanuni yollarla Amerikaya 1970-ci illərdən keçirilirdi. Bu bitkidən ağrıkəsiçi və depressiya müalicəsi üçün uzun müddətdir istifadə edilir. Aunq kimi müştərilər arasında bu bitki olduqca populyardır.

"Marixuanadan müalicə üçün istifadə etmək istəyən qohumlarım mənə zəng vurur. Çünki həkimlər marixuana çəkmədikləri üçün bu bitkini tapa bilmir."

Dövlət Farmakologiya Təşkilatı növlərin inkişafı, yetişdirilmə və becərilmə yollarını müəyyən edir.

Yeni ildə evlərdə yetişdirilməklə mühüm xəstəliklərin müalicəsində marixuananın şirəsindən istifadə ediləcək.

"Birinci ildə uşaq epilepsiyası, ağrılar, dağınıq skleroz cə xərçəng kimya terapiyalarının yan təsirləri ilə bağlı kliniki araşdırmalar aparmağı düşünürük" - deyə, doktor Uithun bildirib.

Nikbinliyin yüksək olmasına baxmayaraq, bəzi ekspertlər bunun gələcək iqtisadi maraqlar səbəbi ilə rəqabətə yol açacağını deyir.

"Bir maddəni ictimaiyyətə çatdırmaqdan əldə edilən mənfəət maddənin zərərindən daha ağırdır və bunun neqativ təsirlərini nəzarətdə saxlamaq asan olmayacaq. Alkaqol buna yaxşı bir nümunədir. Marixuananın özəl şirkətlər üçün ticariləşdirilməsi dünyada alkoqol problemi ilə eyni vəziyyəti yaradacaq", Asısılılıq Texnolgiyasının Transfer mərkəzindən Apinun Aramrattana deyib.

2022-ci ildə bu bitkidən əldə edilən gəlirin 20 milyard dolları ötəcəyi proqnozlaşdırılsa da, Tailandın bu yarışa girişi qeyri-müəyyən olaraq qalır.

XS
SM
MD
LG