Accessibility links

Tailandda minlərlə insan hökümət əleyhinə nümayiş keçirir


Tailandın paytaxtında hökümət əleyhdarı minlərlə etirazçı yeni konstisusiya, yeni seçki və repressiv qanunlara son qoyulması çağırışı ilə küçələrə axışıb.

Əsasən gənclərdən ibarət olan və şüarlar səsləndirib, plakatlar nümayiş etdirən etirazçılar Banqkokun ikonik Demokratiya Abidəsi önündə toplaşıb.

Özünü Azadlıq Gəncliyi adlandıran qrup tərəfindən təşkil olunan nümayiş hökümət koronavirusla mübarizə səbəbilə mart ayında fövqəladə vəziyyət tətbiq edəndən bəri keçirilən ilk böyük toplantıdır.

Sabiq ordu başçısı Prayut Çan-oçanın hökümətinin əleyhinə etirazlara mart ayından öncə böyük kütlələr qatılırdı, lakin ölkədə koronavirus halları təsdiq olunandan və fövqəladə qanun qəbul olunandan sonra bu cür etirazlar azalmışdı.

Bağlama tədbirləri və sosial məsafə qaydaları hökümətə virusun yayılmasının qarşısını almağa yardım edib, lakin təndiqçilər deyir ki, hökümət fövqəladə vəziyyətdəki səlahiyyətlərindən siyasi silah kimi istifadə edir.

Daha öncəki etirazlara fevral ayında gənc tailandlılar arasında əhəmiyyətli dəstəyə malik populyar müxalif siyasi partiyasının ləğvinə gətirib çıxaran məhkəmə qərarı səbəb olmuşdu.

Gələcəyə Doğru İrəli partiyasının tərəfdarları qrupun populyarlığı və hökümət və ordunu tənqid etməsi səbəbilə hədəf alındığını bildirib.

Siyasi mühit iyun ayında yenidən qızışıb. Buna sürgündə yaşayan məşhur tailandlı siyasi fəalın qonşu Kambocanın paytaxtında naməlum şəxslər tərəfindən oğurlanması səbəb olub. Ondan o zamandan bəri xəbər yoxdur.

Şənbə etirazda çıxış edən liderlər böyük dəyişikliklərə çağırıb.

Təşkilatçılar etirazlarda 2000 nəfərin iştirak etdiyini bildirib, onların çoxu hava qaralandan sonra gəlib.

Polis abidəni mühasirrəyə alıb və etirazçıların oranı zəbt etməsinin qarşısını almaq üçün baryerlər quraşdırıb.

Prayut ilk dəfə ordu başçısı ikən 2014-cü ildə seçilən höküməti devirmək üçün çevrilişə başçılıq etməsi nəticəsində hakimiyyəti ələ keçirib. O daha sonra 2019-cu ildə azad, lakin ədalətli hesab olunmayan seçki nəticəsində baş nazir seçilib.

Onun mühafizəkar rəhbərliyi altında ordu və royalist elita hakimiyyətlərini gücləndiriblər. Bu isə Tailand cəmiyyəti arasında daha mütərəqqi ünsürləri qəzəbləndirib.

XS
SM
MD
LG