Accessibility links

Təhminə Kohiştani:Londona gedən yolda böyük çətinliklər var idi


Əfqanıstan Olimpiya komandasında yeganə qadın idmançı vətənində qadınlar üçün imkanların genişlənəcəyini arzulayır

Keçən həftə Londonda Yay Olimpiya oyunlarında qadınlar arasında 100 metr məsafəyə qaçış üzrə yarışda iştirak edən Təhminə Kohiştani finiş xəttini gözlərində sevinc yaşları ilə keçdi. Kohiştani finişə sonuncu gəldiyi üçün deyil, vətəni Əfqanıstanı Olimpiadada təmsil edən ilk qadın olduğu üçün hisslərini cilovlaya bilməmişdi.

23 yaşlı idmançı Amerikanın səsinə müsahibədə Londona gedən yolda böyük çətinliklərin olduğu deyib. Onun sözlərinə görə, paytaxt Kabildə çox sayda insanın baxışları altında keçən məşqlər zamanı o tez-tez Olimpiya oyunlarına getməmək kimi çağırışlar eşidirdi.

Təhminə Koşani deyir ki, Olimpiya oyunlarında iştirak edəcəyini deyəndə bəzən taksi sürücüləri onu stadiona aparmaqdan imtina edirdi. Sürücülərdən biri hətta ona “Taksidən düş, sən yaxşı qız deyilsən, mən səni taksimdə apara bilmərəm” demişdi.

1990-cı illərdə Taliban dövrü Əfqanıstanda qadınların işləməsi və təhsil alması qadağan edilmişdi. Qadınlar həmçinin evlərini kişi qohumların müşayiəti olmadan tərk edə bilmidir.

2001-ci ildə ABŞ-ın başçılığı ilə koalisiya qüvvələrini Talibanı hakimiyyətdən devirməsindən sonra qadınların müəyyən dərəcədə inkşaf əldə etməsinə imkanın yaradılmasına baxmayaraq, Təhminə Kohiştaninin hekayəsi əfqan cəmiyyətində dəyişikliklərin hələ də çox yavaş süərtlə getdiyini göstərir.

Təhminə Kohiştani 2012-ci il Olimpiya oyunlarında medal qazanmasa da ümid edir ki, onun Londonda yarışlarda iştirakı Əfqanıstanda qadınlar üçün yeni imkanların açılmasına kömək edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG