Accessibility links

Təbrizli uşaqlar Türkmənistan səhnəsini fəth edib [VİDEO]


Bu günlərdə Türkmənistanda keçirilən İran Mədəniyyət Həftəsi ilə bağlı məlumat yayan İRNA xəbər agentliyi təbrizli uşaq müğənnilərin yer aldığı Cücələr Musiqi Qrupunun türkmənlər tərəfindən misilsiz rəğbətlə qarşılandığını bildirib.

Şərqi Azərbaycan, Şimali Xorasan və Tehran vilayətlərindən müxtəlif sənət qrupları Aşqabaddakı İran Mədəniyyət Həftəsində öz proqramlarını ifa edib.

İRNA-nın məlumatına əsasən, Qulamrza Mirzadənin rəhbərlik etdiyi uşaqlar qrupundan əlavə İmaj adlı musiqi qrupu da Təbrizdən Türkmənistana səfər edib.

Cücələr qrupu daha əvvəl İranda Azərbaycan türkcəsində nəşr edilmiş Cücələr adlı musiqi albomunda yerləşən “Cücələr”, “Qaranquş”, “Ana”, “Qatar”, “Uşaq və Buz”, “Yalan yox düz danış” və “Vətənim” mahnılarını da Aşqabadda səsləndirib.

Aylin Mirzazadə, Nəhal Sultanpur və Liyana Qaraca-Daği Cücələr albomunda mahnıları ifa edən uşaq müğənniləridir.

2015-ci ildə Bala Türkvizyon yarışmasında Təbrizin uşaq musiqi qrupu "Ana dilim" mahnısını ifa edib.

XS
SM
MD
LG