Accessibility links

Təbriz stadionuna milli simvollar gətirmək yasaqlandı


Traxtor azarkeşləri
Traxtor azarkeşləri

İran mediası qadağaların Təbriz stadiona məxsus olduğunu bildirir

Traxtor komandasının ev oyunlarını keçirdiyi Təbrizin Səhənd stadionuna məxsus yeni qadağaların tətbiq edildiyi bildirilir. İran mediasının məlumatına istinadən, tərəfdarların stadiona milli simvollar, digər ölkələrin bayrağı, yazılı parça, plakat, rupor və təbil kimi əşyalar gətirməsi yasaqlanıb.

Yeni yasaqlarla bağlı məlumat verən İran televiziyası və İSNA xəbər agentliyi qərarın hansı qurum ya dövlət orqanı tərəfindən çıxarıldığını bildirməyib.

Yasaqlanmış əşyaların tam siyahısı bunlardır:

Təbrizin Traktorsazi komandasının azarkeşləri bundan öncə də İran məhkəmələri və təhlükəsizlik qurumlarının muxtəlif basqı və təzyiqlərinə məruz qalıblar. İnsan haqları təşkilatları ötən illərdə bir çox azarkeşin həbs, işgəncə və mühakimə ilə üzləşdiyini bildirir.

Partlayıcı maddələr, stəkan və şüşədən düzəlmiş başqa əşyalar, iti əşyaıar, meyvə, digər ölkələrin bayrağı, ağac növləri və bayraq ağacı, buz, mineral su butulkası və digər içkilər, lazer, fit, təbil, sinc, rupor, alışqan materiallar (karton, kağız və s), elektron cihazları (laptop, CD və s), təbliğat vərəqələri, bıçaq və odlu silahlar, ətir, odekolon, sikkə, çaxmaq və s. kimi başqa bilən əşyalar, sprey və boya, ölkə qanunlarına görə yasaqlanmış əşyalar (narkotik maddələr, spirtli içkilər və s), aksesuarlar, heyvanlar, quşlar, millətçilik və şeytanpərəstlik simvolları, yazılı parça və plakat.

Təbrizin Traktorsazi komandasının azarkeşləri bundan öncə də İran məhkəmələri və təhlükəsizlik qurumlarının muxtəlif basqı və təzyiqlərinə məruz qalıblar. İnsan haqları təşkilatları ötən illərdə bir çox azarkeşin həbs, işgəncə və mühakimə ilə üzləşdiyini bildirir.

Basqıların artması keçən həftələrdə komandanın yeni baş məşqçisi Rəsul Xətibinin də etirazına səbəb olub. Xətibi yeni qadağalardan öncə, media ilə müsahibədə azarkeşlərə qarşı tətbiq edilən zorakılıqlarla bağlı hakimiyyət orqanları, o cümlədən İran polisi və özəl qvardiya qüvvələrini tənqid etmişdi.

İran rəsmi xəbər agentliklərinin yazdığına görə, Traxtor 2008-ci ildən bəri, stadionlara ən çox tərəfdar cəlb edən klub olub. Sadəcə Azərbaycan vilayətləri deyil, Traktorsazi umumiyyətlə Azərbaycan türklərinin yaşadığı bölgələr, o cümlədən, Qaşqay türkləri arasında da çox sevilən bir komandadır.

Klubun Portuqaliyadan olan sabiq baş məşqçisi Antonio Joze Oliveyra 34 illik idman və məşqçilik təcrübəsi zamanı Traxtor qədər azarkeşi olan bir klub görmədiyini demişdi.

XS
SM
MD
LG