Təbriz zindanında saxlanılan tanınmış fəal Rəsul Rəzəvi məruz qaldığı basqılara etiraz olaraq bir ay əvvəl başlatdığı aclıq aksiyasına davam etdirərkən, həmin zindanda saxlanılan Hüseyn Əli Məhəmmədi və Murtaza Muradpurun həbsxana nəzarətçiləri tərəfindən ağır şəkildə döyüldüyü bildirilir.
Bu haqda Güney Azərbaycan Televiziyası (Günaz TV) və Oyan News kimi veb səhifələr məlumat yayıb.
Yayılan məlumata istinadən, təqribən 10 gündür “məhkəmə dosyesi ilə bağlı tətbiq edilən qanunsuzluğa etiraz” olaraq aclıq aksiyası keçirən Murtaza Muradpur nəzarətçilər tərəfindən döyüldüyü zaman huşunu itirmış, Hüseyn Əli Məhəmmədi isə başından yara almışdır.
Həbsxana məsullarının təhdidlərinə baxmayaraq Hüseyn Əli Məhəmmədinin onu döyən nəzarətçilərdən şikayət etdiyi bildirilir.
Oyan News-un yazdığına görə, şikayətinə ədalətli bir məhkəmədə baxılmasını tələb edərək Əliməhəmmədi də aclıq aksiyasına başlayıb.