Accessibility links

Təbrizin İnqilab Məhkəməsi milli fəalların şikayət meydanına çevrilib


Təbrizin İnqilab Məhkəməsi milli fəalların şikayət meydanına çevrilib
Təbrizin İnqilab Məhkəməsi milli fəalların şikayət meydanına çevrilib

İnqilab məhkəməsinini ikinci şöbəsində on azərbaycanlı fəal və dörd vəkil iştirak edib. On müttəhəmin hamısına GAMOH üzvü olmaq və bu üzvlüklə İranda təhlükəsizliyə hədə törədmək və İranın ziddinə təbliğat aparmaq ittihamları irəli sürülüb.

Təbrizin İnqilab Məhkəməsi azərbaycanlı siyasi və mədəni fəalların şikayət meydanına çevrilib. Xəbəri “Amerikanın səsi” radiosunun Azərbaycan xidmətinin Kanadadakı müxbirinə müttəhimlərin yaxınları verib.

İnqilab məhkəməsinini ikinci şöbəsində on azərbaycanlı fəal və dörd vəkil iştirak edib. On müttəhəmin hamısına Güney Azərbaycan Milli Oyanış Hərəkatına (GAMOH) üzv olmaq və bu üzvlüklə İranda təhlükəsizliyə hədə yaratmaq və İran əleyhinə təbliğat aparmaq ittihamları irəli sürülüb.

Məhkəmənin gedişində vəkillər dövlət ittihamçısının hazır olmadığını hakimə bildirib. Vəkillər Abbas Cəmali, Məhəmmədrza Fəqihi, Musa Bərzin və Məhəmmədcəfər Dəsmalçı isə məhkəməyə etiraz edib. Vəkillərdən biri müttəhəmlərin 5-6 ay istintaq altında qaldığına görə məhkəmədən onların dinlənilməsini xahiş edib. Hakim vəsatəti qəbul edib.

Beləliklə, milli fəallar Zəhra Fərəczadə, Əkbər Azad, Mahmud Fəzli, Həsən Rəhimibəyat, Yunis Süleymani, Nəyim Əhmədi Xiyav, Behbud Quluzadə, Heydər Kərimi və Şəhram Radmehr şikayətlərini diqqətə çatdırıb. Müttəhimlərin hər biri Təbriz ETTELAAT-ında döyüldüklərindən, təzyiq və təhqirlərə məruz qaldıqlarından, uzun müddət yuxusuz saxlandıqlarından və hətta cinsi təcavüzlə təhdid edildiklərindən danışıb.

Xatırladaq ki, eyni ittihamlarla 15 milli fəal həbs edilib. Milli fəallardan 3 nəfəri bu günlərdə ETTELAAT-ın təcridxanasından Təbriz zindanına köçürülüb. Bu üç nəfərin işi hələ məhkəməyə göndərilməyib.

Hakim müttəhimlərin şikayətlərini dinlədikdən sonra istintaq işlərini prokurora geri qaytarıb. Beləliklə, 2011-ci il yanvarın 1-də başlayan məhkəmə təxirə salınıb. Eyni zamanda casusluq dəlilləri olmadığına görə bu maddə ittihamların siyahısından çıxarılıb.

On müttəhim müvəqqəti azadlıqlarını davam etdirir. Əvvəlcə onların hər biri 220 min dollar zəmanətlə həbsdən azad olunmuşdu və bu məbləğin 20 min dolları casusluqda ittihama görə alınmışdı. Məhz casusluq ittihamının sübut edilməməsi doktor Lətif Həsəni, Ayət Mehrəlibəyli və Zəhra Fərəczadənin ETTELAAT-ın təcridxanasından Təbriz zindanına köçürülməsinə səbəb olub.

XS
SM
MD
LG