Accessibility links

Təcili yardım yardıma gəlmir?


Koronavirus
Koronavirus

Son günlər yenidən Azərbaycanda təcili yardım xidmətindən narazılıqlar eşidilməkdədir. İstər Bakıda, istərsə də digər şəhərlərdə belə iddialar səslənir ki, günlərlə bu xidmətdən çağırışlarına müsbət cavab verilmir. Belə narazılıqlar xüsusilə koronavirusa yoluxan ailələrdən eşidilir.

AzadlıqRadiosuna da ayrı-ayrı şikayətçilər bildiriblər ki, yaxınlarının hərarəti 39.5 dərəcəyə yüksələndə belə, təcili yardımın xidmətinə müraciət etsələr də, ondan yararlana bilməyiblər.

Bir müddət öncə Azərbaycanda yoluxmanın yenidən artdığı dönəmdə də belə şikayətlər eşidilməkdə idi.

"Turan"ın xəbərinə görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən onlara cavab veriblər ki, təcili yardım briqadalarının sayı faktiki qeydiyyatda olan əhalinin sayına görə hesablanır. Qurumdan vurğulandığına görə, qeydiyyatda olmayan əhalinin sayının çox olmasına və pandemiya ilə bağlı çağırışların artmasına görə gecikmələr olur.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə avqustun 27-nə kimi ümumilikdə 405 mindən çox şəxsin koronavirus infeksiyasına yoluxduğunun müəyyən edildiyi, onlardan 5 min 434-nün vəfat etdiyi bildirilib.

XS
SM
MD
LG