Accessibility links

Təbrizdə xarab olmuş spirtli içkidən 10 nəfər ölüb


Təbrizin Saat Qülləsi Meydanı
Təbrizin Saat Qülləsi Meydanı

İranın dövlət xəbər agentliyi bildirir ki, şimal-qərbi Azərbaycan əyalətində xarab olmuş spirtli içkidən 10 nəfər ölüb, 240 nəfər xəstəxanaya yerləşdirilib.

IRNA alkoqol zəhərlənməl'rinin son altı ay ərzində Təbriz şəhərində yayıldığını bildirib.

Rial dəyər itirdiyi və spirtli içkilərin qiyməti artdığı üçün istehlakçılar evdə hazırlanmış alkoqola üz tutur.

Səhiyyə Nazirliyinin rəsmisi Höcət Purfəthinin sözlərinə görə, qurbanların üçü görmə qabiliyyətini itirib, bir neçəsi isə komaya düşüb. O, ölənlərin sayınının artacağının gözləndiyini söyləyib.

IRNA ötən oktyabr ayında xarab alkoqoldan 31 nəfərin öldüyünü bildirmişdi. Bu zəhərlənmə hallarının çoxu Hörmüzqan əyalətində baş vermişdi.

Xəbər agentliyi o zaman bildirmişdi ki, ölkə valyutası dollara nisbətən dəyər itirdiyi və spirtli içkilərin qiyməti artdığı üçün, istehlakçılar evdə hazırlanmış alkoqola üz tutur.

İranda spirtli içki qəbul etmək İslam qanununa görə günah hesab edilir və bu səbəbdən insanlara şallaq vurula və pul cəzası tətbiq oluna bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG