Accessibility links

Təbrizdə quş qripi xəstəliyi qeydə alınıb


İranın Şərqi Azərbaycan vilayətinin Baytarlıq İdarəsi Təbrizdə ilk quş qripi testinin müsbət çıxdığını bildirib.

İRNA xəbər agentliyinin məlumatına görə, Şərqi Azərbaycan vilayətinin Baytarlıq İdarəsi tərəfindən yayımlanan bir bildirişə əsasən, Təbrizdə kəskin quş qripi müşahidə olunur.

Cümə günü yayımlanan bu bildirişdə, sağlamlıq və karantin protokollarının tətbiq edilmə zəruriliyi qeyd edilib.

İran mətbuatında yer alan məlumata görə, ölkədə bu xəstəliyin mənbəyi qış mövsümündə soyuq şimal bölgələrindən isti və ya mülayim bölgələrə köç edən quşlardır. Xəstəlik bir ölkədən digərinə canlı quşların ticarəti və ya dəniz quşları kimi köçəri quşların yolu ilə yoluxur.

Quş qripi ev quşlarında sürətlə yayılan və quşlarla təmasda insana keçən yoluxucu xəstəlikdir.

İnsanlara quş qripi simptomlarına öskürək, boğaz ağrısı, nəfəs darlığı və 38 dərəcədən yuxarı hərarət daxildir.

Bundan əlavə Rusiya İnsan Sağlamlığı və İstehlakçı Qoruma Agentliyinin prezidenti Anna Popova da 20 fevralda Rusiyada ilk dəfə H5N8 quş qripi virusunun insanlara sirayət etməsini haqda məlumat paylaşıb. O, quş qripinin insanlara yoluxması barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatına da bildirildiyini söyləyib.

XS
SM
MD
LG