Accessibility links

Təbrizdə jurnalistin avtomobili yandırılıb


Təbrizdə araşdırmaçı jurnalist Məhəmməd Söhrabinin avtomobilinin qəsdən yandırılıdığına dair məlumat yayılıb. Söhrabi Şərqi Azərbaycan vilayətində meşə ağaclarının kəsilməsi və bəzi zavodların zərərli tullantıları ilə bağlı reportajlar hazırlayır.

Bu barədə sosial media və İran Azərbaycanı ilə bağlı xəbər yayan internet portallarında məlumat yayılıb.

Təbrizdə fəaliyyət göstərən vəkil və hüquq müdafiəçisi Sina Yusifinin bildirdiyinə görə, “maşının qəsdən yandırıldığı yanğın-texniki ekspertizası tərəfindən təsdiq edilib.”

Yusifi öz Twitter hesabında yazıb ki, “8 ay əvvəl də jurnalist Aydın Təbrizlinin maşınının əyləc sistemini qəsdən zədələmişdilər.”

“8 ay əvvəl Nasr News internet portalının jurnalisti Aydın Təbrizlinin maşının əyləcini kəsmişdilər. Dünən gecə də cənab Söhrabinin avtomobili yandırılıb. Hər iki jurnalist Azərbaycanda ağacların kəsilməsi, həmçinin Əndəriyan qızıl mədəni və Kave şüşə sənayesi kimi şirkətlərin zərərli tullantıları kimi mövzular haqda araşdırma aparırdılar,” vəkil Sina Yusifi aprelin 19-da öz Twitter hesabında paylaşıb.

Təbrizli vəkil baş verənlərin aydınlaşdırılması üçün “hüquqi yollardan” istifadə edəcəyini bildirib.

XS
SM
MD
LG