Accessibility links

Təbriz Tibb Universiteti pandemiya ilə bağlı vəziyyətin pisləşəcəyini bildirir


Təbriz Tibb Universiteti Şərqi Azərbaycan vilayətində bir gün ərzində Covid-19 infeksiyasına 277 yeni yoluxma faktının qeydə alındığını bildirib.

Tibb Universitetinin veb səhifəsinə istinadən, may ayının 14-dən 15-nə qədər 24 saat ərzində keçirilən testlərdən 30 faizi müsbət nəticə verib.

Təbriz Tibb Universiteti və səhiyyə xidmətinin rəhbəri doktor Məhəmməd Hüseyn Somi “bu gedişatın narahatedici olduğunu” ifadə edib.

Somi bu barədə İran Radio və Televiziya Təşkilatının Şərqi Azərbaycan vilayətində yayımlanan “Səhənd” telekanalına danışıb.

Təbirz - 16 may 2020 (İranda məktəblərdə tədris bərpa olunub. Şagirdlərin dərsə qatılması indilik sərbəstdir.)
Təbirz - 16 may 2020 (İranda məktəblərdə tədris bərpa olunub. Şagirdlərin dərsə qatılması indilik sərbəstdir.)

“Bu gedişatın davam etməsi ilə qarşıdan gələn günlərdə vəziyyət daha da pisləşəcək,” səhiyyə xidmətinin rəhbəri bildirib.

Doktor Somi həmçinin deyib ki, “vəziyyətin yavaş-yavaş normala dönməsi iqtisadiyyatın bərpa üçündür. Əhali elə düşünür ki, normala qayıtmaqla virus da məhv olub gedir.”

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG